Bakıda “Almaniya bir rəssamın gözü ilə” sərgisi açılacaq
13.11.17
Noyabrın 20-də “Kapellhaus” Alman-Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı rəssamların əsərlərindən ibarət “Almaniya bir rəssamın gözü ilə” sərginin açılışı və qaliblərin mükafatlandırma mərasimi keçiriləcək.
“Kapellhaus”dan AZƏRTAC-a verilən məlumata görə, sərgi Almaniyanın ölkəmizdəki səfirliyinin dəstəyi, “Qız Qalası” İncəsənət Qalereyası və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə reallaşacaq.
Xatırladaq ki, bir müddət əvvəl elan olunmuş şərtlərə görə rəssamlığa marağı olan hər kəs müsabiqədə iştirak edə bilər. Artıq mükafatlandırılan fırça ustaları müsabiqəyə qatıla bilməzlər.
Müsabiqəyə təqdim olunan əsərlər kətan üzərində yağlı boya ilə, eni 60-80 sm, uzunluğu isə 60-100 sm olmaqla işlənməlidir. Rənglərə və süjet seçiminə məhdudiyyət qoyulmur.
Sərgi dekabrın 3-dək davam edəcək.
|