Aqata Kristinin “Lord Ecverin Ölümü” çap olunub
10.11.17
Qanun Nəşrlər Evində yeni kitab işıq üzü görüb. Bu detektiv kraliçası Aqata Kristinin “Lord Ecverin Ölümü” adlı kitabıdır.
“Lord Ecevirin ölümü” kitabının böyük hissəsi yazıçının arxeoloq ərilə birlikdə iştirak etdiyi Nineviyadakı arxeoloji qazıntı yerində qələmə alınıb. Romanda Erkül Puaronun bu vaxta qədər təsadüf etdiyimiz ən uğursuz işlərinin birindən söz açılır. Budəfəki cinayət həmişə olduğu kimi məşhur xəfiyyənin məntiqi yanaşmaları və peşəkarlığı sayəsində deyil, “sadə bir” təsadüfi müşahidə nəticəsində açılır.
Tərcümə Xanım Aydına məxsusdur.
|