Qanun Nəşrlər Evində altı yeni kitab işıq üzü görüb. Uşaqlar üçün nəzərdə tutulmuş “Mənim ilk Şeirlərim” və “Anadolu Nağılları” kitablarından başqa siyahıda “The Man Booker” mükafatçısı “Gözəgörünməzlər” (Roy Yakobsen) romanı, Fatma Barbarosoğlunun “Son 15 dəqiqə” və Яанарал Кучкучи’nin “Секс в большом мусульманском городе” adlı kitabları yer alır. Bundan başqa yeni nəşrlər siyahımıza bu dəfə hüquq ədəbiyyatı seriyasından “Kargüzarlıq və Arxiv işləri” adlı kitab da daxil olub.
GÖZƏGÖRÜNMƏZLƏR – Roy YakobsenRoy Yakobsenin “Görünməzlər” romanında hadisələr ötən əsrin iyirminci illərində Norveçdə, Hallinqdal sahillərində kiçik bir adada cərəyan edir.
Bu adanın sakinləri üçün yaşayış, var olma min əziyyət bahasına başa gəlir. Bəzən isə onlar seçim qarşısında qalırlar: burada, ata-baba yurdunda qalsınlar, yoxsa daha rahat həyat üçün böyük şəhərlərə üz tutsunlar? Roy Yakobsen ata-baba yurduna bağlılıqdan, belə gözdən uzaq, görünməz olan zəhmətkeş insanların həyatını çox təsirli və maraqlı şəkildə oxuculara çatdırır. Roy Yakobsenin “Görünməzlər” əsəri bizi keçmişə, doğma yurda bağlılığa çağırır. Norveçin ucqar, sərt təbiətli, çətin yaşayış şərtləri altında yaşam sürdürən Barröylülərin həyatı çox usta bir qələmlə təsvir olunub.
“Görünməzlər” tənhalıq, acı güzəran, zəhmətkeşlik və rəqabət haqqında həyatın müxtəlif çalarlarının ustalıqla təsvir olunduğu romandır.
Tərcümə Anar Rəhimova məxsusdur.
SON 15 DƏQİQƏ – Fatma BarbarosoğluFatma Barbarosoğlunun qələmə aldığı “Son on beş dəqiqə” əsəri eyni hadisəyə şahid olan insanların monoloqlarından ibarətdir. Yazıçı bu əsərdə eyni küçədə yaşayan müxtəlif insanların gündəlik qayğılarını, gündəlik həyatın fonunda itib-batan duyğularını işıqlandırır. Əsərdə hadisədən daha çox insanın daxili aləmi ön plana çıxır.
Oxucu hər qəhrəmanda özündən nə isə tapır. Yazıçının fikirlərini oxuduqca, öz suallarına cavab tapdıqca sevdiklərini daha yaxşı başa düşməyə, onlarla yaxınlaşmağa, yaşadığı həyatın dəyəri haqqında düşünməyə başlayır. Bundan əlavə, oxucu hər gün evdə, işdə, məhəllədə, ictimai nəqliyyatda rastlaşdığı insanların hər birinin hekayəsini oxumuş kimi olur. Yəni əsərin qəhrəmanları əslində ətrafımızdakı insanlardır, onların rənglənməmiş, pafosun altında gizlənməmiş həqiqi hissləridir. Ətrafınızdakı insanların daxili aləminə səyahət etmək istəyirsinizsə Fatma Barbarosoğlunun “Son on beş dəqiqə” əsəri sizə bələdçilik edə bilər.
Tərcümə Arzu Həsənliyə məxsusdur.
ANADOLU NAĞILLARI – Ahmet Efe
Nağıllar əsrlər boyu uşaqların dil və ünsiyyət bacarıqlarını təmin etməyə, onların sorğularına, mücərrəd anlayışlarına şərh verməyə, aydınlıq gətirməyə yola açıb. Heç bir şeir, roman, hekayə, cizgi filmi uşaqların ilkin yaddaşında nağıllar qədər dərin iz buraxmır.
Əlinizdəki kitabda yer alan nağıllar döyüş ruhunu, yanlışlıqlardan qorunmaq tələblərini, təzyiqlərdən tənzimlənərək sülhə dəyər vermək, dostluğa, sədaqətə bağlılıq kimi ülvi hissləri aşılayır; macəra, sevgi, komik məqamları ilə yadda qalır.
Tərcümə Nərmin Dadaşovaya məxsusdur.
MƏNİM İLK ŞEİRLƏRİM Uşaq və Buz
Keçi
Xoruz
Uşaq və Dovşan
Fil Udan Cücə
Şən Yolka
Günəş olaram
KARGÜZARLIQ VƏ ARXİV İŞLƏRİ – Eynulla MusayevKitabda təşkilati-sərəncamverici sənədlərin və xidməti sənədlərin, müqavilələrin yazıl¬ması üsulları izah edilir. Bununla yanaşı, sənədlərin təsnifatı, hazırlanması, dövriyyəsinin təşkili, sənədlərin saxlanması qaydaları, beynəlxalq, maliyyə, kommersiya, kadr sahəsi üzrə sənədləşmələr, məxfi kargüzarlıq, e-kargüzarlıq haqqında məlumat verilir, sahibkarlıq fəaliyyətində kargüzarlığın təşkili formaları aydınlaşdırılır və sənəd formaları əsasında izahlı nümunələr verilir. Vəsait arxiv işinin təşkilinin vahid prinsiplərinin müəyyən olunmasını, arxivdə sənədlərin komplektləşdirilməsi, uçotu, mühafizəsi və onlardan istifadə qaydalarına əməl olunmasını, bu sənədlərlə bağlı müxtəlif məsələlərin tənzimlənməsini, idarə arxivlərinə sənədlərin verilməsini, işlərin tərtibini, MAF-da sənədlərin təsnifatını və digər arxiv işlərinin icrasını aydınlaşdırır.
Kitabdan təkcə ali və orta ixtisas təhsil müəssisələrinin müəllimləri, tələbələri deyil, həm-çinin idarə, müəssisə, firma, bələdiyyə və digər təşkilatların rəhbərləri, sənədlərlə iş şöbəsinin müdirləri, kargüzarları, arxiv işçiləri və başqa idarəetmə üzrə kadrlar faydalana bilərlər.
Azərbaycan Respublikası təhsil nazirinin əmri ilə dərs vəsaiti kimi təsdiq edilmiş və qrif verilmişdir.