"I. Türkiyə-Azərbaycan nəşriyyatı” konfransı keçirilib
05.10.17

28-30 Sentyabr tarixlərində Bakıda təşkil edilən V. Bakı Beynəlxalq Kitab sərgisi çərçivəsində Türkiyə Cümhuriyyətinin Mədəniyyət və Təbliğat Müşavirliyi tərəfindən təşkil olunan “I. Türkiyə-Azərbaycan nəşriyyatı” adlı konfrans həyata keçirilib.

Türkiyənin Mədəniyyət və Təbliğat müşaviri İrfan Çiftçinin dəvətiylə 40-dan çox naşir, redaktor və s. kimi yayın sektorunun nümayəndələri bir araya gəlib. 3 gün davam edən görüşdə yayınçılıq problemləri, iki ölkə arasında bu sahədə əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilib, ikitərəfli danışıqlar aparılıb, prezentasiyalar göstərilib.

Konfrans çərçivəsində öncə Türkiyənin 600-dən çox yayın evini özündə birləşdirən “Türkiye Basım Yayın Meslek Birliği”nin idarə heyətinin üzvləri Azərbaycan Yazıçılar Birliyini ziyarət ediblər. Qonaqlar qurumun sədri, Xalq yazıçısı Anarla görüşüb, fikir mübadiləsi aparıblar.

Görüşdə Türkiyənin Mədəniyyət və Təbliğat müşaviri İrfan Çiftçi: “Türk və Azərbaycan naşirlərini bir araya gətirmək fikri ən çox Anar bəyə aid olduğu üçün öncə onu ziyarət edib, təklif və tövsiyələrini dinləmək üçün AYB-yə gəldik” deyərək toplantılarda müzakirə ediləcək mövzulardan bəhs edib.

Sədr öz növbəsində: "Bir millət iki dövlət olaraq mədəni birliyimizi həyata keçirtmək üçün ən önəmli vasitə kitablardır. Buna görə də bu məsələlərin tezliklə həll edilməsi gərəkir. Belə ki, yazıçı-naşir əlaqələrinin tənzimlənməsi üçün bu konfarns böyük əhəmiyyət kəsb edəcək." deyərək iştirakçılara uğurlar diləyib.

Kitabçılar bir arada

Azərbaycan və Türkiyə kitabçıları arasında reallaşan konfrans AMEA-nın Mərkəzi Elmi Kitabxanasında açılış toplantısı ilə davam edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, yazıçı Pərvin Nurəliyeva qonaqları salamlayıb, konfrans haqqında ətraflı məlumat verib.

Sonra söz Türkiyənin Mədəniyyət və Təbliğat müşaviri İrfan Çiftçiyə verilib.

İ. Çiftçi: “Çox sevindirici haldır ki, bu gün V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında xarici ölkələrdən gələn iştirakçılar arasında çox nəşriyyatla məhz Türkiyə təmsil olunur. Biz də kitabçılıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün bu konfrans vasitəsiylə türkiyənin və Azərbaycanın öndə gedən naşirlərini bir araya gətirdik.” deyərək konfransın əhəmiyyətindən danışıb.

AYB-nin katibi Rəşad Məcid çıxışında: "Belə bir konfransın təşkili, Türkiyə yayın evləri ilə qarşılıqlı əlaqələrin qurulması bizim çoxdankı arzularımızdan biri idi. Mən düşünürəm ki, başlanğıc üçün belə geniş konfransın təşkil edilməsi gələcəkdə də mühüm işlərin görülməsinə yol açacaq. " deyərək iştirakçılara uğurlar arzulayıb.

Konfransda Türkiyənin "Yeni insan" yayın evinin rəhbəri Akif Pamuk’un təqdimatında "İstanbul Fellowship Programı" ilə bağlı ətraflı məlumat verilib. Daha sonra Tayfur Eser, Bahtiyar Aslan, Tolqa Yılmaz, Salih Zeki Meriç, Ahmet Yıldız, Ahmet Yılmaz kitabçılıq sahəsində Türkiyə - Azərbaycan əməkdaşlığının faydalı tərəflərindən bəhs ediblər.

Tədbirdə "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu, "Hədəf" nəşrlərinin rəhbəri Şəmil Sadiq, "Dünya ədəbiyyatı" jurnalının baş redaktoru Seyfəddin Hüseynli, şairlər Qismət Rüstəmov, Fərid Hüseyn, yazıçı Mirmehdi Ağaoğlu çıxış edərək kitabçılığın ortaq inkişaf yolları, mümkün layihələr haqda danışıb, bu istiqamətdə təkliflər irəli sürüblər.

Tərcüməçilik

Konfransın II günündə növbəti görüş Bakı İdman Sarayının mətbuat zalında baş tutub. Burada naşirlər müxtəlif mövzularda çap edilən kitabların tərcümə olunmasından danışıblar.

Görüşdə Türkiyənin "Nar yayınları" nəşriyyatının direktoru Tayfur Esen TEDA - “Türk kültür, sənəd və ədəbiyyat əsərlərinin başqa dillərdə yayımlanmasına dəstək layihəsi” haqqında geniş məlumat verib.

“Ötükən” nəşriyyat evinin təmsilçisi Ertuğrul Alpay çıxış edərək Türkiyədə fəaliyyət göstərən paleoqrafiya və nəşriyyat evlərinin fəaliyyətindən, kitabların çap edilmə metodundan, təmsil etdiyi ölkənin kitab bazarlarının hazırkı durumundan, hər il ən çox oxunan və satılan kitablardan və digər mövzulardan bəhs edib.

Sonda təkliflər müzakirə olunub.

Elektron və pirat nəşrlər

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasındakı Milli Kitabxanasının stendi qarşısında təşkil edilən görüşdə müzakirələr elektron və pirat nəşrlər mövzusu ətrafında aparılıb.

Azərbaycan Yaradıcılıq Fondunun təmsilçisi Qismət Rüstəmovun aparıcı olduğu müzakirədə “Ötüken” nəşriyyatının təmsilçisi Ə.Alpay pirat yayımçılıqdan danışıb. Türkiyə nəşriyyatlarının ən böyük probleminin məhz piratçılıq olduğunu deyən naşir buna qarşı mübarizədə Yayımcı-Meslek Birlikləri Federasiyasının fəaliyyəti haqqında məlumat verib.

Mehmet Yalçın Yılmaz Türkiyədəki dövlət və elektron yayımcılıq haqqında söz açıb.

Qeyd edib ki, telefon və komputerlərin insan həyatına bu qədər təsir göstərdiyi zamanda elektron kitabların bu inkişafı gözlənilən haldır. M.Yılmaz onu da bildirib ki, dövlət nəşrləri əsasən sənət kitablarından və irihəcmli kitablardan ibarət olur.

Daha sonra konfrans iştirakçıları müşavir İrfan Çiftçi, Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Aslan Cəfərov, Tayfur Esen, Akif Pamuk, Şəhriyar del Gerani, Kənan Hacı, Cəlil Cavanşir, Səbuhi Şahmursoy və başqaları çıxış edərək mövzu ilə bağlı düşüncələrini səsləndirib, təkliflər irəli sürüblər.

Son dəyərləndirmə

Sentyabrın 30-da “Azərkitab” kitab təbliğatı mərkəzində konfransın bağlanış mərasimi keçirilib.

Bağlanış mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, çıxış edərək iki ölkə arasında münasibətlərdən daşıb, kitabçılıq sahəsinin inkişafı baxımından böyük əhəmiyyət daşıyan konfransı yüksək qiymətləndirib, bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildirib.

"Türkiyə və Azərbaycan qardaşlığı o qədər dərin köklərə bağlıdır ki, dünyada tayı-bərabəri olduğunu düşünmürəm. Türkiyə ilə Azərbaycan tarixi, kökü, dili və mədəniyyəti eyni olan bir millətin iki ayrı qoludur. Təəssüflər olsun ki, biz təxminən 200 il bir-birimizdən ayrı düşmüşük. Xüsusilə bu dövrün 70 ili ərzində əlaqələr tamamilə kəsilmişdi. O vaxt aramızda dəmir pərdə var idi. Lakin biz heç vaxt bir-birimizdən qopmamışıq. Bu, heç mümkün də deyildi. Çünki biz bir-birimizə könüldən bağlı olmuşuq" deyən səfir xatırladıb ki, 1991-ci ildə Türkiyə bütün maneələrə baxmayaraq, Azərbaycanın müstəqilliyini tanıyan, zəruri sahələrdə kömək əlini uzadan ilk dövlət olub: "Bu, qardaşlıq əlaqələlərimizin məntiqi nəticəsidir. Aradan keçən 25 il ərzində Türkiyə-Azərbaycan əlaqələri daha da möhkəmlənib. Artıq bu birliyi pozmaq qeyri-mümkündür". Azərbaycanın dünyada artan nüfuzundan danışan E.Özoral bildirib ki, qardaş ölkədə hər sahədə ciddi inkişaf nəzərə çarpır.

V Bakı Beynəlxalq Kitab sərgisinin bağlanış mərasimində Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi Aslan Cəfərov, müşavir İrfan Çiftçi çıxış edərək bütün iştirakçılara təşəkkürlərini bildiriblər.

Həmçinin İrfan Çiftçi sərginin bağlanış mərasimindəki çıxışında 3 günlük konfrans zamanı naşirlərin əlaqələrinin daha da inkişafı üçün daimi bir heyyətin yaradılması, müəllif əsərlərinin qorunması, pirat əsərlərin qarşısının alınması, Bakı kitab sərgisinin hər il keçirilməsi, sərgilərdə təkcə Türkiyənin deyil, eləcə də bütün türk dünyasının aktiv iştirakının təmin edilməsi və s. mövzularda önəmli təkliflər aldığını ifadə edib.

Müşavir çıxışının sonunda Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən V Bakı Beynəlxalq Kitab Sərgi-yarmarkasında xüsusən Türkiyə stendini ziyarət edən baş nazir köməkçisi Elçin Əfəndiyevə və Türkiyə nəşriyyatçılarının sərgiyə böyük heyyətlə qatılmasına köməklik göstərən başda Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev olmaqla, Lalə Məmmədovaya, eləcə də nazirliyin digər əməkdaşlarına təşəkkür edib.

Beləliklə, “I Türkiyə-Azərbaycan nəşriyyatı” konfransı qonaqların şərəfinə hazırlanmış yemək süfrəsi ilə yekunlaşdırıb.

Yenililklər
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.