Cəlil Cavanşir - Klassiklərlə müqayisə olunan yazıçımız
03.10.17

İlk hekayəsini 45 yaşında çap etdirən Mübariz Örənin ədəbiyyata gəlişi çox sanballı, ağayana oldu. O, qalmaqalsız, hay-küysüz ədəbi mühitdə boy göstərdi və çap olunan ilk hekayəsi ilə diqqəti öz üzərinə çəkməyi bacardı. Bu gecikmənin, yəqin ki, öz obyektiv və subyektiv səbəbləri var. Bunu Mübariz özü daha yaxşı bilir. Bəlkə də, buna heç gecikmə də demək olmaz, bəlkə də, onun ədəbiyyat meydanına gəlişi tam vaxtında, zamanında atılmış addımdır. Bunu gələcək göstərəcək. Mən oxucu kimi Mübarizin imzasının ədəbiyyatımızda olmasına çox sevinirəm və onun imzasını tanıdığım üçün çox məmnunam.
Müəlliflə ilk tanışlığım "Qar Tanrısı” hekayəsi  sayəsində baş tutdu. Bu hekayəni oxuyanda müəllifin estetikasına heyrətlənmişdim. Mübariz təsadüfi imza deyildi. Onun gözəl üslubu,  poetik təhkiyəsi və peşəkar konsepsiyası vardı. Mübariz olduqca YAXŞI yazırdı. Sonradan müxtəlif vaxtlarda hekayəni bir neçə dəfə oxudum və hər dəfəsində zövq aldım. Hekayədə sanki bütün sözlər diqqətlə seçilib, ahəngdar bir ritm hekayə boyu bizi izləyir və mütaliə prosesi  oxucuya zövq verir. 
  Mübariz digər hekayələrində də öz  "yaxşı yazmaq” konsepsiyasına sadiqdir. Onun klassik, 60-cılar ədəbi nəslinin  sevilən nümayəndələrinin üslubunu xatırladan tərzdə qələmə alınmış hekayələri həqiqi istedadın məhsuludur. Mübarizin müşahidələri dərin və dəqiqdir. O müşahidələrini özünəməxsus şəkildə "ələkdən keçirir”, əhvalata özünəməxsus tərzdə nüfuz edir, amma hekayələri ənənəvi klassik üslubda qələmə alır. "Bığ”, "Oğru”, "İlıq”, "Ot” hekayələri məhz bu qəbildəndir.
  Mübariz Örənin ilk kitabını – "Balıq gülüşü"nü bu günlərdə oxudum və hələ də kitabın təsirindəyəm. Mübarizin təhkiyəsi, ustalığı, obrazları qatqısız, tərtəmiz  ƏDƏBİYYATdır. Və bu ədəbiyyat sərhədləri aşmağa qadirdir. Çünki müəllif məhəlli təfəkkürdən sıyrılıb çıxmağı bacaran peşəkar yazıçıdır. Mübarizin hekayələrdə qoyduğu problemlər, hekayələrin ideya və süjet xətti oxucunun estetik zövqünü təmin etməyə qadirdir.
 

  Mübariz haqqında kifayət qədər peşəkar qələm sahibləri və tənqidçilər söz deyib. Onun potensialı, yaradıcılıq imkanları artıq ədəbi mühitə məlumdur. Bu baxımdan "Balıq gülüşü”nün müəllifinin geniş təqdimata ehtiyacı yoxdur. Onun nəsrinin mütərəqqi və bəyənilən tərəfləri  çoxdur və bu barədə də kifayət qədər yazılıb. Mənim qələm dostuma bəzi kiçik iradlarım var ki, istəsə gələcək yaradıcılığında bu nüansları da nəzərə alar.
  İradım müəllifin üslubuyla bağlıdır. Mənə elə gəlir ki, klassik üslublu hekayələrlə sözünü deməyi bacarmış müəllif daha müasir, daha çağdaş nəsr elementlərini sınaqdan keçirməlidir. Müasir nəsrin tələbləri başqadır. Mübarizin estet vasvasılığı, poetik nəsr dili müasir nəsr üçün elə də uğurlu hadisə sayıla bilməz. Bu baxımdan müəllifin yazı manerasında dəyişikliyə, daha doğrusu, yeniliyə ehtiyac var. Yuxarıda qeyd etdiyim kimi müəllifin təhkiyə-üslub-obrazlar sistemi peşəkardır, amma postmodern nəsrin tələblərinə kifayət qədər cavab vermir. Mübarizin peşəkarlığını nəzərə alsaq, onun postmodern nəsrə keçid etməsi, bacarıqlarını müasir tendensiya ilə birləşdirməsi arzuolunandır.
  "Ağ buludlar" povesti və bir neçə hekayəsi göstərir ki, müəllifin imkanları genişdir və postmodern nəsrin bir çox elementləri bu əsərlərdə yerli-yerində işlədilib. Sözsüz ki, Mübariz Örən postmodern nəsrin sirlərinə bələddir və yaradıcılığında yeniliyə açıqdır. Bu baxımdan onun postmodern əsərlər  yazması da gözləniləndir. Əslində müasir nəsrin imkanlarından istifadə etmədiyi üçün müəllifə irad bildirmək, ədəbi-tənqidi nöqteyi nəzərdən qeyri-peşəkarlıq olar. Ümid edirəm Mübariz bu kiçicik iradımı həmkar, dost iradı kimi qəbul edəcək.
  Mübarizi Heminqueylə, Fitzceraldla, Markeslə, Edqar Po ilə  müqayisə edən dostlarımızla razılaşıram. Onun nəsri dünya səviyyəlidir və dünya miqyaslı klassik yazıçılarla müqayisə yerinə düşür. Heç bir mübaliğəsiz, Mübariz  Örən  ciddi  yazıçılarla müqayisə olunmalı, peşəkar yazıçı, ciddi qələm adamıdır.
  Onun nəsrini nəğməyə bənzədən dostumuz da haqlıdır. Çünki onun bütün mətnləri rahat oxunur və mütaliə prosesi oxucuya həzz yaşadır. Nəsrinin ovsunlayıcı nəğməsini duymaq, o qədər də çətin deyil.
Bütün üstün məziyyətlərinə rəğmən müasir nəsr elementlərinin Mübariz Örən nəsrində tətbiqi  yazıçı kimi imkanlarını daha dəqiq təsbit edəcək. Şəxsən mən oxucu kimi daha müasir, daha fərqli "nəğmələr" də dinləmək istəyirəm. 
Kitab haqqında, Mübarizin yaradıcılığı haqqında geniş danışmaq, onun hər bir hekayəsini ayrı-ayrılıqda təhlil etmək  mümkündür. Lakin mən ilkin təəssüratlarımı, daha çox oxucu kimi qeydlərimi müəllifə çatdırmaq istədim. Ümid edirəm o da kiçicik, ümumiləşdirilmiş iradlarımla razılaşacaq. /artkaspi.az/

Yenililklər
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

24.05.24
Kino şirkətlərinə yeni imkan: post-prodakşna dəstək
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.