Fransada hərraca az qalmış Renuarın məşhur əsəri oğurlanıb
02.10.17
Fransız rəssamı Pyer Ogüst Renuarın "Parlaq saçlı gənc qızın portreti" əsəri satışa az qalmış hərrac evindən oğurlanıb.
"Report" "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, rəssamın bu işi əsas lot hesab olunurdu və təşkilatçılar bundan 25-30 min avro gəlir əldə etməyi düşünürdü.
Hərraca cavabdeh şəxs Frederik Loran de Rümmel qeyd edib ki, oktyabrın 1-nə planlaşdırılan hərrac istənilən halda keçiriləcək.
|