M.Ə.Rəsulzadə - Tənqid və təqriz
28.09.17

"Gülüstan"ın tərcüməsi

"Tənqidə ehtiyac var" ünvanlı məqaləmizin zimnində mühərrirlərimizin əfvlərinə məğrurən bir küstaxlıqda bulunmuş və bundan sonra nəşr olunan milli əsərlər haqqında bəzi mütaliələr yazacağımızı vəd etmişdik. Möhtərəm qələm arkadaşlarımızdan Kazım oğlu ilə Vaizzadə Məhəmmədəli əfəndilərin bu vədimiz haqqındakı intizarlarını ələnən izhar buyurduqları həm vəzifəmizi bizə xatırlatdı, həm də cəsarətimizi artırdı. Hüsn-təvəccöhlərinə qarşı məmnunuz.

Fəqət, hankısından başlayalım? Etiraf etmək məcburiyyətindəyiz ki, hələ asari müntəşirənin mütaliəsilə məşğul olduğumuzdan ümumi bir mütaliə yürütmək sədədinə gəlmiyəcəyiz. İmdilik ayrı-ayrı nəşrlərdən bəhs edəcəyiz. Zənn ediriz ki, bu müvafiqdir də.

İştə "Bustan" ədəbiyyatımıza giriyor. Bismillahir-rəhmanir-rəhim. Gülçinlik etmək qəsdilə "Gülüstan"da duruyoruz.

Bu, Şərq əxlaqiyununun böyüklərindən Şeyx Sədi əleyhirrəhmənin hər kəsə birər yaprağını tövsiyə edən "Gülüstan”ıdır.

"Be çe kar ayədət ze qol təbəqi?
Əz gülüstane — mən bebər vərəqi!"

— tövsiyəsini kürreyi-ərzin mütəməddin millətləri qulaqlarına almış və İran ədəbiyyatının həqiqətən bir gülizari olan "Gülüstan"ı öz dillərinə tərcümə etmişlər, çünki, onda:

"Bəni-adəm əzaye yekdigərənd,
Ke dər afərinəş ziyek gövhərənd.
Çü üzvi bedərd avarəd ruzigar,
Digər üzvhara nəmanəd qərar.
To kəz möhnəti-digəran biqəmi
Nə şayəd ke namət nəhənd adəmi".

— kimi aləmşümül həqiqətlər və milliyyət hüdudunun fövqünə çıxan ülvi hikmətlər görmüşlərdir.

Bittəb ingiliscəyə, fransızcaya, almancaya, ruscaya və sair dillərə tərcümə olunan bu əsərin türkcəyə, azərbaycancaya dəxi bir tərcüməsi lazım idi. Hətta bu yoxsulluq bir dərəcəyə qədər bəlkə boyük nöqsan idi də. Fəqət bu gün maddətən bu yoxsulluqdan qurtarmış kimiyik. Çünki Rahil əfəndi "Gülüstan"ı türkcəyə tərcümə buyurmuşlardır. Fəqət mənayə bu yoxsulluq yenə qayıdar. Çünki, Rahil əfəndinin türkcəyə döndərdiyi "Gülüstan" ilə Sədinin "Gülüstan"ı arasında yerdən-göyə qədər fərq vardır.

İştə Rahilin "Gülüstan"ı qabağımdadır. Diqqət ediniz ki, Rahilin "Gülüstan"ı deyirəm. Həqiqətən bu "Gülüstan" ancaq Rahilindir. Sədinin ondan xəbəri yoxdur. Çünki adını tərcümə qoyduğu kitaba Rahil cənabları sırf özünəməxsus olan bir çox haşiyə və təfsirlər də əlavə eləmişlərdir ki, bununla həm "Güiüstan" bəkarətindən düşmüş, həm də əsər mübtəzil bir şəkil almışdır.

"Əsbi-lağər miyan bekar ayəd
Ruzi-meydan nə kave-pərvari"

- beytini mütərcim böylə tərcümə ediyor:
"Arıq incəbel at dava günündə işə gəlir, nəinki yoğun öküz. Yəni hər mənəm deyən özlərini rüəsayi-millət hesab edənlər, millət yolunda baş və candan keçməz".

Halbuki, farsi bilənlərcə məlumdur ki, bu beytin mənası ancaq bu ola bilər:
"Müharibə günündə kök öküz deyil, arıq at işə yarar". Burada "yəni"dən sonra gələn cümlələrin hamısı hədərdir və bilkülüyyə zaiddir. "Yəni" - dən əvvəl gələn cümlə hər nə qədər, məsələn, Sədinin beytinin tərcüməsinə bənzəsə də türkcə bir tərkib olmaqdan uzaqdır ki, bu xüsusda zeylən bəhs edəcəyiz.

Rahilin tərcüməsinə bir nümunə daha zikr edək:

Sədi:

Hərdəm əz ömr mirəvəd nəfəsi,
Çun negəh mikonəm nəmand bəsi".

Rahilin tərcüməsi:
"Əfsus olsun! Ömr tamamə yetib, ömrümdən baxıram çox bir zad qalmıyıbdır ki, milləti-islamın tərəqqi və təalisində möhtac olanlara beqədri-kifayət müavinət edəydim".

Sədi:

Ey ke, pəncah rəftu dər xabi?
Məgər in pənc ruzə dəryabi?

Rahilin tərcüməsi:
"Ey xabi — qəflətdə qalan millət pərəstarları!

Ömrünün əlli ili keçib hənuz qəflətdən bidar olmayıbsan. Məgər bu beş gündə tapasan".

Bu iki beytin mətninə yaxın tərcüməsi:
Nəfəs an bə an getməkdə,
baxıyoram ki, ömrdən çox az qalmışdır.

Ey yaşı əlliyə çatıb da özü yuxuda olan, bəlkə bu beş gündə bir şey edə biləsən.

Cocuqluqdan bizə Sədini oxudurlar idi. O zaman eşidirdik ki, Sədini yeddisində oxuyan ancaq yetmişində anlar. Yəqin Rahil əfəndi yetmiş yaşma çatmamış. Bu, tərcüməsindən anlaşılır. Sədi "Ey ke, pəncah rəft u dər xabi?" deməklə özünə xitab ediyor. Hətta Sədinin tərcümeyi-halını yazanlar "Gülüstan"ı yazarkən Şeyxin əlli yaşında olduğunu bu beytindən istidlal edərlər.

Rahil nədənsə bunu xoşlamıyor "Xabi qəflətdə qalan millətpərəstlər"i yaxalıyor. Fəqət, mütərcim əfəndi Sədini anlamaq qalsın, çünki, ona hələ vaxt var, heç olmasa yazdığı cümlə və tərkiblərin türkcə olmasına diqqət edəydi. Məəttəəssüf bu da yoxdur. Misal üçün alaq bu cümlənin özünü: "Ey xabi-qəflətdə qalan millətpərəstarlari"- deyə bir cümlə xitab olunur. Fəqət sonra: "Ömründən əlli il keçib" - deyə müfrəd surətdə bəyani-zəmir edilir. Bu kimi səhv və xəta tikanları Rahilin kitabında o qədər boldur ki, artıq ona "Gülüstan" deyil, "xaristan" deyilsə səzadır.

Ümumi bir tələqqiyə görə tərcümə təlifindən asan görülür. Halbuki, bu heç də, böyiə deyildir. Tərcümə, amma həqiqi birtərcümə, təlifdən və təsnifdən daha müşküldür. Çünki, təlifdə fikir və mənalar yazanındır. Onları istədiyi qəlibə tökə bilər və zehni ancaq mərami ifadə edəcək ləfzləri aramaqla məşğuldur. Halbuki, tərcümədə zehn iki şeylə məşğul olmaq məcburiyyətirıdədir. Bir ifadənin tərkib və tərdifi, bir də tərcümə olunan əsərin mənasmın bəkarətini mühafizə. Ancaq bu iki nöqtədə müvəffəq olan mütərcimlərdir ki, gözəl tərcümə edə bilərlər.

Hər bir mütərcimin hiss edə biləcəyi sınanmış bir məsələdir ki, nə qədər məharətli olursa-olsun, tərcümə əslin təsirindən azadə ola bilməz. Məsələn, ruscadan bir əsər tərcümə edəcək olsanız, mümkün deyil rusca üsuli-inşa və tərzi-təhririnin tərcümənizdə bir təsiri görülməsin. Bu təsirdən xilas olmaq üçün diqqətli mütərcimlər əsəri bir kərə yazdıqdan sonra buraxarlar. Bir-iki ay sonra onu ələ alıb təkrar istinsax edərlər. Tainki, tərcümə olunan lisandan gələn yabançı təsirlər tamamilə qovulsun.

Bu nöqteyi-nəzərdən Rahilin tərcüməsi hər bir tənqidin təhtindədir. Burada türk və Azərbaycan dilindən bir əsər belə yoxdur. Sədini türkcəyə tərcümə edə bilmək üçün hər halda türkcə də iqtidar sahibi olmaq lazımdır. Halbuki, türkcə qaidələrinə müvafiq Rahilin bir cümləsi tapılmaz - dersək, çox da iğraq etmiş olmarıq.

"Vəqte-zərurət çu nəmanəd giriz
Dəst begirəd səri şəmşiri-tizin"

tərcüməsində Rahil yazıyor ki,

"Zərurət vaxtında qaçmağa macal olmasa,
Kəskin qılıncı əlinə alır".

Qılıncı əlinə kim alır? Cümlənin faili məlum deyildir. Xəbər var, fəqət mübtəda məfquddur. Bu qələt isə həm türkcə, həm də farsi bilməməkdən nəşət ediyor. Çünki, Sədi "dəstbegirəd səri-şəmşiritiz" — diyor, burada "dəst" faildir, beytin tərcüməsi də böylə olmalıdır.

"Bizzərurə qaçmaq yeri olmayınca
Əl kəskin qılıncın qəbzəsinə yapışar".

Burada cümlə tamamdır. Çünki, kəskin qılınca yapışanın kim olduğu məlumdur.

"Bayraqla pərdə" mənzuməsinin tərcüməsinə Rahil böylə başlıyor: "Eşit bu hekayəti Bağdad şəhərində pərdənin rayət ilə ixtilafından"
— bu cümlə də türkcə deyildir. Xülasə, bu tərcümədə naqisləri deyil, dürüstləri saymaq bəlkə qabil olur.

Rahil istəmiş ki, "Gülüstan”dakı, səlasəti və Sədinin cümlələrindəki ahəngi türkcədə də mühafizə etsin. Bunun üçün də bəzi yerdə Sədini təhtəlləfz tərcümə etməyə çalışmış, hətta orada ki, səc və qafiyələri də qismən saxiamaq istəmişdir. Yalnız bundan qəflət etmişdir ki, bir dilin özünə məxsus bir ruh və ahəngi vardır. Və onu başqa bir dilə nəql edincə ahəngsizliyin ən gülünc bir nümunəsi vücudə gəlir.

Bundan oylə anlaşılmasın ki, biz tamamilə başqa dillərdə mövcud olan ədəbi gözəl qaidələrin və məqbul tərzi-təfəkkür və ifadələrin dilimizə qəbul olunması əleyhindəyiz. Haşa, bu lazımdır. Fəqət, bunlar bizim dilimizə daxil olunca, lisanm ahəngi-ümumisini pozmamalıdırlar.

Onlara bir rəngi-milli verilmək məcburidir. Yoxsa bir anarşi hasil olar, bir zövqsüzlük meydana gələr.

Cənab mütərcim yalqız tərcümə ilə qalmamışlar. "Gülüstan"ı növən şərh və təfsir sədədində də olmuşlardır. Bu şərhə dəxi müqəddimələrində yazdığı vəchlə mütərcimi bir müəllimin "çənd dərviş dər səri ma xoftə budənd" cümləsinin "neçə dərviş bizim başımızda yatmışdılar" - deyə tərcümə etməsi vadar eləmiş imiş. Fəqət:

"Qursi-xorşid dər siyahi rəft
Yunis əndər dəhan-i mahi rəft"

beytini ... "oğrular yuxuya getdilər, necə ki, Yunis balığın qarnına getdi" — kimi rabitəsiz tərcümə və şərhlərlə təfrid edən bir mütərcim böylə bir mətləbi necə təxətti edə bilər, anlıya bilmiyoruz.

Rahil indi bizə başqa tərcümələr də vədə ediyorlar. Həzrət Əli əleyhissəlamın "Nəhcül-bəlağə"*sini də tərcümə ediyorlarmış. Ədəbiyyat naminə rica edərdik ki, tərcümə elədikləri zaman türkcə qaidələrinə ziyadəcə əhəmiyyət versinlər, tainki o bəlağət və hikmətin bir nümuneyi-aliyül-ali olan böyük əsər ərəb qarelərinə verdiyi zövqü türk qareinlərə də verə bilsin. Bir kəlmə, "Gülüstan”ın tərcüməsi kimi olmasın...

M.Ə.RƏSULZADƏ
"İqbal" N 497,
5 noyabr 1913

Yenililklər
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.