Anar - Çan kiminçün çalınır, saz kiminçun çalınır?
26.09.17

"Səhər-səhər" rubrikasında

Yazıçılar Birliyiylə bağlı mənasız və yersiz qalmaqalın tüğyan etdiyi günlərdə məni həqiqətən sarsıdan və ağrıdan xəbər böyük sənətkar Ədalət Nəsibovun ölüm xəbəri oldu.

Ədalətlə dəfələrlə görüşmüşdük, söhbət etmişdik. Təkrarsız çalğısını canlı ifasında  böyük zövqlə dinləmişdim. Sevdiyim ifaçıların - Qədir Rüstəmovun, Habil Əlityevin ölümləri kimi Ədalətin vəfatı da sənətimizçün də,  şəxsən mənimçün də  ağır itkidir. Ədalət bizim nəslə mənsub idi və ingilis şairi Con Donnun sözləri yadıma düşdü: bir kəs ölərkən soruşma ki, əcəl çanı kiminçün çalınır? Çan səninçün çalınır.

O da yadıma düşdü ki, düz qırx bir il bundan qabaq “Ulduz” jurnalında (1976,  №12) Ədalət haqqında  yazı yazmışdım, o vaxtkı əlifbamızla -  kirillə çap olunmuş bu yazını sonralar heç yerdə nəşr etməmişəm. Ədalətə Allahdan rəhmət diləyərək həmin yazını 41 il qabaq yazıldığı  şəkildə, bir sözünü dəyişmədən oxuculara təqdim edirəm.

Məlumdur ki, aşıq sənəti vəhdətdir - söz - şeir, musiqi - bəstə və ifaçılıq. İfaçılıq deyəndə biz ilk növbədə oxumağı, yəni insan səsinin ifasını nəzərdə tuturuq. Bu ifanı saz müşayiət edir.

Ədalət də oxuyur: aşıq havaları ifa edir. Amma mənim fikrimcə, onun aşıq sənətimizdə xüsusi yeri - sözsüz ifaçılığı, saz çalmasıdır. Ədalətin xidməti ondadır ki, o, sazın - müşayiət aləti olan tək bir sazın, aşıq sənətinin bütün zənginliyini ifadə etməyə qadir olduğunu sübuta yetirmişdir. Ədalət sazının heç bir sözə, oxumağa ehtiyacı qalmır. Bu saz öz-özlüyündə, təkbaşına bütün duyğuları - yanıqlı kədəri də, həzin qəmi də, məğrur nikbinliyi də  öz diliylə, doqquz teliylə canlandıra bilir. Sazı  muğam  sənətində tarın, kamançanın tutduğu mövqeyə Ədalət çatdıra bilmişdir. Bu məharət isə ondan doğur ki, ifaçı bütün varlığı ilə çaldığı alətə qovuşur.

Ədaləti dinləyərkən ifaçıyla sinəsindəki sazın sərhədini  təyin etmək olmur - insan barmaqları çaldığı alətin tellərinə harada keçir, saz harda  insan qəlbinin ən dəruni titrəyişlərinə səs verir? İş onda deyil ki, Ədalət sazı istədiyi şəkildə, hətta nümayişkaranə ədalarla çala bilir: boynunun ardında, qoltuğunun altında - sazdan yalnız simli alət kimi yox, yeri gələndə zərb aləti kimi də istifadə edir. İş ondadır ki, Ədalət bu aləti ram etmiş, öz iradəsinə tabe etmişdir. Çünki o, sazın hər bir sirrinə vaqifdir, bütün imkanlarına bələddir.

Əkinçi şumlayıb əkdiyi torpağın hər sirrinə - isti-soyuğa dözümünə, çovğun-qar sınağına, bərəkətinin gücünə və verimliliyinin həddinə bələd olan kimi, əfsanəvi, yaxud real igidlər atının hər addımını - yerişini, yürüşünü, duruşunu, yorğasını, dördnalasını, yoxuşu çıxmasını, enişə enməsini bildiyi kimi, susuzluğunu, aslığını, sürətini və etibarını duyduğu kimi - Ədalət də sazın bütün mahiyyətini, məğzini, həddini hiss edir. Sədaların, pərdələrin ahəngini, aralarını, sükutların müddətini o qədər dəqiq ölçüb-biçir ki, bir səs sönməmiş, amma sönə-sönə ikinci səs onun rezonansına, əks-sədasına calanır, səslərin uğultusu havada əriməmiş yeni melodik naxışlar ilmələnir. Adama elə gəlir ki, çalınan təkcə bir saz deyil, çoxsəsli orqandır, ya da çox alətli orkestr.

Qarasaoğlandan, Qurbanidən aşıq Ələsgərə qədər aşıq şeirinin minlərlə incisi gəlib bizə çatıb. Koroğlunun, Kərəmin, Dilqəmin, Hüseynin adları aşıq havalarının neçə-neçəsində yaşayır. Bəs tarix hansı saz çalanın adını qoruyub hifz edib? Sazın ulu babası qopuz ustalarından bu günə  qədər hansı ifaçının sənəti bizə gəlib çatıb? Ədalətin xoşbəxtliyi ondadır ki, lent yazıları ixtira olunan bir zamanda yaşayır. Onun ifasının yalnız sədaları deyil, zahiri görümü də, tamaşası da maraqlıdır. Yaxşı ki, axır vaxtlar  Ədalət sənəti kinomuza daha sıx-sıx cəlb olunur. Bu sənətkar haqqında xüsusi film çəkilməlidir. Onun sənəti bütün cəhətləriylə əks olunmalı və çox uzaqlarda belə yayılmalı, tanıtdırılmalıdır. Bu həm indiki, həm də gələcək nəsillər qarşısında nəsib xidmət olardı.

41 il qabaq yazılmış bu sözlərə yalnız onu əlavə etmək istəyirəm ki, çan ölülərçün, Ədalətin sazı dirilərçün çalınır. /525.az/

Yenililklər
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.