Taleyran haqqında kitab nəşr olundu
13.09.17
Qanun Nəşrlər Evində iki yeni kitab işıq üzü görüb. Bu “Görkəmli İnsanların Həyatı” seriyasından olan Yevgeni Tarlenin “Taleyran” adlı kitabdır.
Şarl-Moris de Taleyran-Periqor. XVIII əsrin sonu XIX əsrin birinci yarısının görkəmli Avropa siyasi xadimi. Onun adı fikir və əqidəsini asanlıqla dəyişən, istənilən siyasi rejimdə işi gətirən dahi və abırsız siyasətçi-konformistin təyini üçün isim oldu. O, monarxiyanı devirmiş inqilabı vaxtında qəbul etdi. Güc toplamış Napoleonun tərəfində də əsl məqamında durdu, amma sonra imperatorun düşmənlərinə qoşuldu. Taleyran İngiltərəylə yaxşı münasibətlərini hətta Napoleonun müharibələri dövründə də qoruyub saxladı; Burbonların hakimiyyətinin bərpası zamanı parlasa da, süqut etmələrinə az qalmış onları da satır. Y.V.Tarle öz məşhur tarixi tədqiqatında Taleyranın obrazına müraciət edərək “Bu insanı nə idarə edirdi” sualına cavab verir. Yüksək sənət səviyyəsinə çatdırılmış prinsipsizlikmi? Yoxsa siyasi uzaqgörənlik və güclü reallıq hissi?
Tərcümə Müqəddəs Şahbazova məxsusdur. QİYMƏT: 11.50
|