Molla Pənah Vaqif - 700Campyero BELLİNCERİ
(İtaliya)
MOLLA PƏNAH VAQİF
HƏYAT VƏ QOŞMA
(Gampiero Bellingeri. Molla Penah Vaqif. Vita e qoşma. Quaderni del seminario di İranistica, Uralo – Altaistica e Caucasologia dell`Universita degli Studi di Venezia. Per l`Undici di Marzo, Venezia 1983)
Görkəmli italyan şərqşünası və tərcüməçisi Campyero Bellinceri 1983 – cü ildə Venetsiya Araşdırmalar Universitetinin İranşünaslıq, Ural - Altayşünaslıq və Qafqazologiya seminarının elmi əsərlərində “Molla Pənah Vaqif. Həyat və qoşma” adlı məqaləsini çap etdirmişdir. İtalyan alimi öz tədqiqatında iki mənbədən istifadə etmişdir.
1. Sairin həyat və yaradıcılığına həsr olunmuş hissə, alimin özünün qeyd etdiyi kimi, Firudin Bəy Köçərlinin“Azərbaycan ədəbiyyatı” əsərində Vaqifin tərcümüyi - halından bəhs edən hissənin italyan dilinə sərbəst annotasiyasıdır: “Molla Pənah haqlı olaraq Azərbaycan türk ədəbiyyatının yaradıcısı sayılır. Bir çox elm və sənətlərdən məlumatlı olan bu şəxs özünə “Vaqif”, yəni “bilikli” təxəllüsünü seçmişdir. Hərtərəfli mədəniyyətinə və sənətkarlığına görə müasirləri deyirdi: “Hər oxuyan Molla Pənah olmaz”
Bu ifadə Zaqafqaziya türkləri arasında indiyə qədər məsəl kimi işlənməkdədir. Milli şairlərin az bir qismi öz səmimi və aydın dilində yazırdı. O zamanlar çoxları onu təqlid etməyə çalışsa da, heç kim onun gözəl və aydın nitqinə nail ola bilməmişdır”... (italyancadan tərcümə, tərcümeyi hal hissəsi, bütünlüklə 22 səh.)
İstifadə olunmuş mənbənin tam ünvanı: Firidun Bəy Köçərli. Azərbaycan ədəbiyyatı. İki cilddə. Birinci cild. Müəllifi Ruqiyyə Qənbər qızı. Redaktoru: Əziz Mirəhmədov. Bakı, Elm 1978, səh.159-175).
2. Məqalənin bilavasitə qoşmalardan bəhs edən hissəsində istfadə olunmuş mənbə: Molla Pənah Vaqif, Əsərləri, Tərtibatçısı prof. H.Araslı. Azərbaycan Dövlət Nəşriyatı, Bakı 1957. Bu hissədə şairin aşağıdakı iyirmi beş qoşması bütünlüklə, orijinalla paralel müəllifin italyan dilinə sətri tərcüməsində, qoşmaların səhifə nömrələri sağ yuxarı küncdə göstərilməklə verilmişdir (qoşmalar hissəsi, bütünlüklə 57 səh.) :
1. Bir sənəmin sinəsinə müştaqam, ( 5) Ho voglio di un bel seno,
2.Can verib yüz minnət ilə almışam, (6) Con cento cure e dando io l`anima t`ho avuto,
3.Bənövşə tək ənbər zülfün buy verir (7) Zejneb, sanno di viola i tuoi capelli d`ambra
4.Xeyli vaxtdır ayrılmışıq yar ilən, (9) Da tempo c`erevamo con quell`amica lasciati,
5.Duruban eşqilə güzar eylədim, (12) Cammino con prepositi d`amore,
6.Siyah tel görmədim Kür qırağında, (13) Sul Kür non ho mai visto chiome nere,
7.Bir xəlvət yer ola, əğyar olmaya (15) Vorrei stare da solo insieme a te,
8. Sığallanıb-sığallanıb siyah zülf, (21) İ tuoi capelli neri, stirati, dritti, dritti,
9. Sərasər bir yerə yığılsa xublar, (25) Se un arena accogliesse il convegno delle belle,
10.Badi-səba bir xəbər ver könlümə, (29) Dimmi una coşa, vento del mattino,
11.Boyun sürahıdır, bədənin büllur, (31) Tu sei snella caraffa, tu sei corpo di cristallo,
12.Açıqbaşda əgər olsa bir dilbər, (37) Se in İmeretia una davvero e` bella,
13.Getdim ala gözlü yarla danışam, (40) Io vado a conversare con l`amica,
14.Bəhanə tutuban bizdın gen gəzmə: (45) Non evitarmi con pretesti vani:
15.İndən belə ölsəm, arzu çəkmənəm, (49) Basta non voglio altro, ora posso anche morire,
16.Əldə ayna, gözə sürmə çəkəndə, (52) Specchio alla mano, quando tu ti fai belli gli occhi,
17. Başına döndüyüm, toy adamları, (79) Signori della festa, su, ditelo anche voi:
18.Bir bölük yaşılbaş sonalar kimi, (87) Come stormo di papere selvatiche
19.Mən sənə olmuşam didar aşiqi, (95) Del tuo viso mi sono innamorato.
20.Əgər yarsan, gəl sarmaşaq qol-boyun, (96) Se sei mia amica, vieni, ti metto il braccio al collo,
21.Kür qırağının əcəb seyrəngahı var, (103) Certi posti sul Kür sono un miracolo,
22.Səhər-səhər həsrət ilən gəzirdim, (105) Da solo passeggiavo all`alba e vedo
23.Hər yetən gözələ gözəl demənəm, (107) Ion on so dire bella, a ogni bella che incontro:
24.Bir ala gözlünün, sərv-rəvanın, (114) D`occhi chiari, e cipresso che volteggia
25.Ay ağalar, sizə bir ərz eyləyim: (125) Un racconto signori, permettete:
Campyero Bellinceri. C.Bellinceri 1950-ci il iyulun 6-da İtaliyada, Pyaçentsa şəhəri yaxınlığındakı Montiçelli d`Onçinada doğulmuşdur. 1969-cu ildə Venetsiyadakı Ka`foskari Universitetinin Şərq dilləri və ədəbiyyatı fakültəsinə daxil olmuş, 1974 -75-ci illərdə Ankara Universitetinin dil, tarix-coğrafiya fakültəsində təcrübə keçərək, müasir və Osmanlı dövrü türk dili və ədəbiyyatı kursunda biliklərini təkmilləşdirmişdir. Elmi yaradıcılığı ilk növbədə türk-Venetsiya, türk-rus mədəni əlaqələrinə, Venetsiya ilə bağlı Osmanlı türkcəsində yazılmış ədəbi mətnlərin tədqiqinə, türk ədəbiyyatının İtaliyada təbliğinə və yayılmasına həsr olunmuşdur. “Koroğlu”dastanının, “Heydər babaya salam” poemasının, O.Pamukun romanlarının tərcüməçisidir. Hal-hazırda Ka`foskari Univesitetinin türk dili və ədəbiyyatı professorudur.
Avanqard.net