Bakıda meksikalı rəssam Frida Kaloya həsr olunmuş sərgi açılıb
20.07.17
“İçərişəhər”də yerləşən “Art Tover” qalereyasında dünya şöhrətli meksikalı rəssam Frida Kaloya həsr edilmiş rəsm sərgisi açılıb.
Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət və Turizm Nazirliyi, Meksikanın ölkəmizdəki səfirliyi və “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə gerçəkləşib.
“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının rəhbəri Dadaş Məmmədov AZƏRTAC-a bildirib ki, sərgi çərçivəsində qonaqlar ekspozisiyada yer alan 30-dək sənət əsəri vasitəsi ilə Meksika incəsənətinin ikonası, XX əsrin dünya səviyyəsində ən tanınmış rəssamlardan biri - Frida Kalonun həyatının müxtəlif dövrləri ilə tanış ola bilərlər.
Sərgi iyulun 25-dək davam edəcək.
|