Afşin Şahbazi - Zəhra haqda Cənubi Azərbaycandan
11.07.17
"Sizi Firon isarətindən qurtararam" demişdi Musa. Bəni israil dedilər: "Bu səfərin sonu didərginlikdirsə biz isarəti seçirik."
25 il bundan qabaq didərgin düşmüş insanların qonağı idi muğan. Nisgilli baxışlar şəhərin ürəyini mizrab kimi sızıldadırdı. Balası ölmüş analar, anası itmiş uşaqlar- körpələr, əri güllələnmiş gəlinlər bir- birinə sarılıb, arazın butayına keçib; doğma muğan şəhrinə sığınırdılar. Analarımız qapıdan keçən qaçqınları mehribanlıqla qarşılardı. Biz uşaqlar qapıya çıxıb gözlərimizi yaşlı baxışların ardına tikib; onları yola salırdıq. Bir gün balası ölmüş qarabağlı qadın qapımızın qırağında oturub dərdini anama aşdı. "Balamı ermənilər qoymadı gətirəm aaay xanım." deyib dolumsundu. Ürəyi dözməyib; anamı bağrına basdı:
"Evimdə balam qaldı Ürəyimdə yaram qaldı Xan çobana xəbər verin Sel əlində saram qaldı..." Oxşayıb; ağladı.
Şəhərimizə gələn qaçqın və didərgin insanların durumunu xatirlayanda Bəni israilin haqlı olduğunu düşünürəm. görəsən məqsədi bəlli olmayan səfərdən, didərgin günlərdən çətin bir şey varmı? Bu gün Zəhranın xəbərini eşidən həmən anamın gözləri bir daha yaşardı. Balası ölmüş qadını xatırlayıb oxşamasını həzin- həzin oxudu:
"Evimdə balam qaldı Ürəyimdə yaram qaldı Xan çobana xəbər verin Sel əlində saram qaldı...
Bəlkə Zəhranın qoca anası 25 il öncə uşağını itirmiş həmən ana idi. Bəlkə də qapımızdan keçən əri güllələnmiş gözü yaşlı gəlin idi -Bəlkə də evində balası qalmadı daha...
|