Şəki teatrı mövsümün son tamaşasına hazırlaşır
06.07.17
Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsərinin nümayişinə hazırlaşır. Əsər ilk dəfə səhnəyə qoyulur. Tamaşanın məşqləri bir neçə ay əvvəl başlayıb və artıq sona yetməkdədir. Yaxın günlərdə premyera baş tutacaq və Şəki teatrı mövsümü bu əsərlə də bağlayacaq.
Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu rəssamı Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Tamaşada rolları Lalə Məmmədova, Xanlar Həşimzadə, Akif Yusifov, İqrar Salamov, Fidan Lətifova və başqaları canlandıracaq.
Tamaşada həmçinin teatrın nəzdində fəaliyyət göstərən studuyanın tələbələri iştirak edəcək, türküləri Türkan Xəlilova ifa edəcək.