“Xəzər” dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb
23.06.17
“Xəzər” dünya ədəbiyyatı jurnalının növbəti (2/2017) sayı nəşr olunub.
Jurnalın bu sayında:
* “Buker mükafatı laureatları” rubrikasında – Kazuo İsiquronun “O günlərdən qalanlar” romanı;
* “Azərbaycan ədəbiyyatı” rubrikasında – Əlisəmid Kürün şeirləri;
* “XX əsrin klassikləri” rubrikasında – Herman Hessenin “Cavanlıq gözəl şeydir” hekayəsi;
* “Rus ədəbiyyatı” rubrikasında – yeni tərcümədə Nikolay Qoqolun “Şinel” hekayəsi;
* “Korifeylər” rubrikasında – Doris Lessinqin “Qarışqa yuvası” povesti;
* “Roman” rubrikasında – Fransua Moriakın “Sevgi səhrası” romanı;
* “Kinolaşan əsərlər” rubrikasında “Hamletin ədəbi müəmması və ya sənətin yeddinci möcüzəsi”;
* “İntibah” rubrikasında – Rotterdamlı Erazmusun “Axmaqlığın tərifi” əsəri;
* “Teatr” rubrikasında – Ejen İoneskonun “Keçəl müğənni qız” pyesi, Mixail Çexovun “Aktyorluq dərsləri”,
* Uinston Çörçilin memuarları;
* Çağdaş Ukrayna poeziyasından nümunələr və s. maraqlı yazılar yer alıb.
|