Rasim Qaraca - Qonaq gəlsə külək bizə - Yeni şeirlər
06.06.17
Avanqard.net Rasim Qaracanın yeni şeirini təqdim edir. *** Səninlə bir evimiz olar Ortasında bir miz olar Sadəcə ikimiz oluruq Və qarşımızda dəniz Çox romantik olmasın Eyvanı dik olmasın Antik olmasın Balaca bir ev Ağacında quş yuvası Ocağında tavası Birbaşa tavaya yumurtlasın quş Nağıllarda belə olurmuş Ancaq nağıl olmasın həyatımız İçində divlər olmasın Divarı olmasın Çəpərsiz olsun həyətimiz Qonaq gəlsə külək bizə Şapkamı atsa dənizə Gülək bir az Sular gəlsə qapımıza Uzun olsun gecə uzun Balkona sallansın üzüm Göydəki bir ulduzun Sözü olsun aramızda Həyat beləcə keçsin belə Al qoynuna məni bələ Sənə çox sözüm var hələ Sevgidir yoxsa bu nədir belə...
Kulis.az
|