Mikayıl Müşfiq - Qarşımda nazlanıb yenə gülürsən...
05.06.17
***
Qarşımda nazlanıb yenə gülürsən, Bilsən gülüşlərin nəyə bənzəyir? Mən desəm artıqdır, özün bilirsən, Lalə yarmağında şehə bənzəyir.
Sənin gülüşlərin bir ruzgar kimi Əsərkən arzumun gülü açılır. Gülsə dodaqların ulduzlar kimi Ruhuma bir sənin işıq saçılır.
Söylə, gözəllərin dodaqlarından Bu oynaq gülüşlər umulmuşmudur? Sənin hər qəhrəman ay kənarından Keçən buludmudur, uçan quşmudur?
Sənin gülüşlərin yaz səhərindən Hissimə, fikrimə sanki rəng alır. Gül ki, şeirlərim gülüşlərindən Qırılmaq bilməyən bir ahəng alır.
Sən güldüyün zaman bu şad günümdə Açılır qarşımda, canlanır bahar, Bəzən baş ucumda, bəzən önümdə Şimşəklərim çaxar, sularım axar.
Cahan ki, solmayan bir bağça-bağdır, Burda rəvamıdır gülmədən ölmək! Yazıq o şəxsa ki, qaraqabaqdır, Nə qədər yaraşır insana gülmək!
|