Türk Dünyası Vakfının sədri Adnan Tekşen ilə görüş keçirilib
08.05.17

Səməd Vurğunun mənzil-muzeyində Bakı Forumu çərçivəsində Bakı Yunus Əmrə İnstitutunun birgə dəstəyi və təşkilatçılığı ilə Türk Dünyası Vakfının sədri Adnan Tekşen ilə görüş keçirilib.

Muzeyin direktoru Nüşabə Babayeva-Vəkilova Türkiyə-Azərbaycan dostluğunun əzəli-əbədi köklərindən danışıb. Vaxtilə gənc S.Vurğunun Tofiq Fikrət, Namiq Kamal, Mehmet Emin və digər türk şairlərinin yaradıcılığı ilə yaxından tanış olduğunu, onların yaradıcılığından bəhrələndiyini bildirib. N.Babayeva-Vəkilova S.Vurğunun sonralar böyük türk şairi Nazim Hikmətlə dostluğu, qardaşlığı haqqında məlumat verib.

Azərbaycan ziyalıları ilə belə bir ocaqda görüşdən məmnun olduğunu bildirən Adnan Tekşen ortaq mədəniyyətləri paylaşan, dünya mədəniyyətinə dəyərli incilər bəxş edən Türkiyə-Azərbaycan ədəbi əlaqələrindən söhbət açıb. O, müfəssəl araşdırma xarakterli, “Dünya və türk mədəniyyəti” mövzusunda geniş mühazirə ilə çıxış edib.

Diskussiya şəklində davam edən görüşdə Bakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım, filologiya elmləri doktorları Rüstəm Kamal, Aslan Salmansoy, Yeganə Nerhmətulla, Əməkdar Jurnalist, nazimşünas alim Aqşin Babayev, şairlər Zaməddin Ziyadoğlu, Zərəngiz Qayalı, Bakı Dövlət Universitetinin müəllimləri Məti Osmanoğlu, İradə Musayeva, yazıçılar Nəriman Əbdülrəhmanlı, Şəfa Aslan və başqaları türk və Azərbaycan ədəbiyyatının son 70 illik inkişafından söhbət açıblar.

Türkiyəli qonaq tədbirin təşkilatçılarına və iştirakçılarına, minnətdarlığını bildirib, Azərbaycan xalqına uğurlar arzulayıb. /Azərtac/

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.