Aliyə Əsədova - İlan baxışlar, ilan bəbəklər...
24.04.17
Avanqard.net gənc yazar Aliyə Əsədovanın "İlan Naxışlar" şeirini təqdim edir.
Naxışları vardı hədiyyələrin, toxunuşda səyirən ilmələr, xallı pişiklərin xallı pələngin rəngarəng dəriləri- ilan naxışlar. Dəyişən toxunuşda kök salan ilmələr, nə idi bu nə əcayib, çəkib ordan çıxartmaq qoparıb atmaq istədim- qurudu əllərim. Əllərim yerə sarı, mənə baxırdı yerdən süzürdü məni, üzümə zillənən nədir belə? Qıyılıb-genələn cütlənmiş bəbəklər, ilan baxışlar, ilan bəbəklər. Naxışları vardı hədiyyələrin, toxunuşunda səyirən ilmələr, xallı pişiklərin, pələngin rəngarəng dəriləri, İlan naxışlar... İlan naxışlar.
|