Tonino Querra - Rus balerinası
17.04.17

İtaliya

Rus balerinası

        Yaşı yetmişi adlamış bir rus balerinası məktəbdə rəqs dərsləri verirdi. Bir gün qadının gözəl qamətindən heyrətə gələn naməlum bir gənc onun dalınca düşdü. Oğlan ona çatmasın deyə, qadın qaçaraq evinə tərəf üz tutdu, özünü içəri salıb, güclə nəfəs alaraq, qapını arxadan bağladı.
     “Nə olub?”- deyə kiçik qızı anasından soruşdu.
     “İnanmazsan”, - deyə qadın cavab verdi, - tanımadığım cavan bir oğlan dalımca düşmüşdü... Ancaq mən istəmədim ki, o sifətimi yaxından görüb ümidlərində yanılsın. Pəncərədən bax gör, bəlkə o, hələ orada, küçədə dayanıb...
       Qız pəncərəyə yaxınlaşıb baxdı. Küçədə, başını dala atıb, yuxarı boylanan qoca bir kişi dayanmışdı.
                                             

Şahmat partiyası

       Bir ingiltərəli və bir rus qadını Kapri adasında tanış olur və onların arasında qısa, ancaq ehtiraslı bir sevgi yaşanır. Sonra ingilis Londona, rus qadını isə öz intəhasız çöllərinə qayıdır. Onlar əvvəldən belə qərara gəlirlər ki, məktublaşma yolu ilə şahmat oynayaraq əlaqə saxlasınlar. Vaxtaşırı, Rusiyadan növbəti gediş yazılmış məktub gəlir, Londondan isə rəqəm və hərflərdən ibarət cavab məktubu gedirdi. İllər keçir, ingilis evlənib üç uşaq atası olur. Rus qadını da xoşbəxt bir ailə qurur. Hər beş-altı ayda bir məktubla davam edən şahmat partiyası iyirmi il çəkir.Ancaq, günlərin birində ingilis, kraliçasının süqutu ilə sonuclanan hiyləgər bir at gedişi yazılmış məktub alır. Onda o, başa düşür ki, bu gedişi kimsə bir başqası edib ki, ona sevgilisinin ölüm xəbərini çatdırsın...
 

Sıxıntı

      Bir nəfər hiss etdi ki, insanlardan da, ətrafdakı hər bir şeydən də təcrid olunub. Məsələn, çayda öküzləri çimizdirən çobanı görəndə, onun heyvanlarla necə davrandığına heyrət edir, ancaq yaxınlaşıb bir söz deməyə cürəti çatmırdı. Eynilə də ağacda albalı yığan qızla. Sanki hava divar kimi onların arasını kəsirdi. Onda həmin adam ayaqlarının yanından axıb gedən çaya baxdı və gördü ki, daha surəti suda əks olunmur.

                                                    
İntizar

       O, elə sevirdi ki, daha evdən bayıra çıxmayıb, qapının ağzındaca gözləməyə başladı ki, sevgilisi zəngi basıb onu əvvəlki tək istədiyini söyləyəndə onu qucaqlayıb, bağrına bassın. Ancaq zəng çalınmadı, o da qocaldı. Bir dəfə qapını yavaşca döydülər o, hürküb, qorxusundan şkafın arxasında gizləndi.


Tonqal başında

      Bir nəfər daha heç bir qadınla yaxınlıq etməməyi qərara alıb, uzun müddət tənha yaşadı. O, gəzir, ağaclara heyran olur, kafeyə baş çəkir, bir dəfə də olsun başını qaldırıb qəşəng bir qıza baxmırdı. Günlərin birində, gənc bir qadın kafedə onun yanında əyləşib, onu  sevdiyini söylədi. Qadın bir neçə gün dalbadal kafeyə gəldi, ancaq həmin adam onu rədd etdi və qadın bir daha oralarda görünmədi. Onda bu adamın qəlbində elə bir sevgi oyandı ki, o bütün şəhəri gəzib ələk-vələk elədi. Bir dəfə o, şəhərin kənarında, tonqal başında qızınan fahişələrdən biri ilə danışmaqdan ötrü ayaq saxladı. Ancaq, onun heç ağlına da gəlmirdi ki, bu, elə bir vaxtlar ona sevgisini etiraf edən həmin o qadındır.


Üç nimçə

       Bir kəndli biləndə ki, arvadı ona xəyanət edib, tapşırdı ki, süfrəyə verilən hər şeydən üç dəst qoysunlar. Və onlar bütün yerdə qalan həyatları boyu yeməklərini  həmin o üçüncü, boş nimçəyə baxa-baxa yedilər.


  İtalyan dilindən
 tərcümə edən
 Cəmşid Cəmşidov

Yenililklər
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.