"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb
17.03.17
"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (1/2017) sayı nəşr olunub.
Jurnalın bu sayında:
* “Çağdaş Norveç ədəbiyyatı” rubrikasında – Yusteyn Qorderin “Portağal Qız” romanı;
* “Azərbaycan ədəbiyyatı” rubrikasında – Elçinin “Baş” romanının sonu;
* “Poeziya” rubrikasında – Cansuq Çarkvianinin şeirləri;
* “Macar ədəbiyyatı” rubrikasında – Peter Nadaşın “Mənim ölümüm” hekayəsi;
* “Türk dünyası” rubrikasında – Əli Ağbaşın şeirləri;
* “Roman” rubrikasında – Fransua Moriakın “Sevgi səhrası” romanı;
* “Debüt” rubrikasında – Şəbnəm Əsədovanın tərcüməsində İvan Klimanın “Miriyam” hekayəsi;
* “İntibah” rubrikasında – Rotterdamlı Erazmusun “Axmaqlığın tərifi” əsəri;
* “Səhnə” rubrikasında – Yuri Polyakovun “Sinif yoldaşları” pyesi;
* “Tərcümə mətbəxi” rubrikasında – Vilayət Hacıyevlə müsahibə və onun tərcüməsində Haynrix Böllün “Kişisiz ev” romanından parça;
* “Teatr” rubrikasında – Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri”.
|