Elfrida Yelinek - Detektiv əsərlər mütaliə edirəm
13.03.17

Elfrida Yelinek  1946-cı ildə   Avstriyanın Myürsuşlaq şəhərində anadan olub.  Romanlar müəllifi, şair, dramaturq və ədəbiyyat tənqidçisi kimi dünya şöhrəti qazanıb. Bir sıra nüfizlu ədəbi mükafatlarla təltif olunan E.Yelinek 2004-cü ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı adına layiq görülüb.
                                                
                   

Mütaliə haqqında

Esse


Mənə elə gəlir ki, həmişə mütaliə edirəm. Sanki oxumağı öyrənəndən bəri bu məşğuliyyətdən kənarda özümü təsəvvür edə bilmirəm. Digər bütün məşğuliyyətlər isə mənim üçün hədər yerə vaxt itirməyə bərabərdir. Mütaliədən savayı, hər şeydə elə bil ki, möhkəm nə iləsə (xüsusən də insanlarla münasibət zamanı) toqquşuram. Və belədə mən yalnız özümü günahkar hesab edirəm. Ona görə ki, oxuyuram, oxuyuram ki, həyatım mənasız keçməsin (elə bu səbəbdən həm də yazıram). Çoxluca detektiv əsərlər mütaliə edirəm. Bu kitablarda insan həyatı çox hallarda zamanla kəsişir. Mənə elə gəlir ki, detektiv kitabları mütaliə etdikcə, özüm də zamandan ayrı düşürəm. Detektivdən savayı, həm də vulqar, bayağı, kitabçalar, ciddi məzmundan və bədii keyfiyyətdən məhrum, adətən oğruların, fırıldaqçıların, avantürüstlərin və digərlərinin həyatını təsvir edən romanlar da mütaliə edirəm. Nə edəsən? Yaxşı bir bədii ədəbiyyat nümunəsinə rast gəlmədiyin təqdirdə məcbursən ki, qarşına çıxan hər hansı cızmaqaranı əlinə götürüb vərəqləyəsən.  Qısası, mütaliə - mənim həyatımın qəşəng donudur və həmişə mənimlədir. Onsuz heç yerə getmək mümkün deyil. Bu donu geyinmək isə çox rahatdır, bədənə də yaxşı yapışır. Bu halda insanların nəzər-diqqəti adamın üstündən əskik olmur, lap məhv edilmək təhlükəsi də yarana bilir. Bununla belə, sağ qalmaq şansı da var: bunun üçün hərflərlə yazılmış yalana, iftiraya nəzər yetirmək kifayətdir. Zamanın hökmü belədir. Əgər sən yalnız rəqəmləri görürsənsə, bu halda digərləri, o cümlədən yaxın məsafədə heç bir əhəmiyyət kəsb etməyənlər belə səni görə bilmirlər. 
 
Bu mənada deyim ki, mən atama çəkmişəm. Bütün ömrüm boyu həmişə onu gözünü kitabdan və yaxud da qəzet səhifəsindən ayırmayan vəziyyətdə görmüşəm. Mənə elə gəlir ki, insanların bir qismi daim nə iləsə məşğuldur, digər bir qismi isə yalnız mütaliə edir. Əslində mən də heç nə etmirəm, əvəzində isə mütaliə ilə məşğul oluram. Və bu, o demək deyil ki, məni mütaliə etmirlər. Çox qəribədir: nə isə oxuyarkən, bəzən mənə elə gəlir ki, mətnin diqqətlə oxunması onun müəllifinə bəslənilən hörmətdən asılıdır. Kim nə deyir-desin: asılılıq çox əcayib şeydir. Fəlsəfi kitablarla rastlaşanda, onların üstünə mən lap leşyeyənlər kimi atılıram. Bir də baxıram ki, kimsə səhifəni səhifənin ardınca vərəqləyir, qəfildən anlayıram ki, bu “kimsə” elə mən özüməm. Elə o dəm səssiz qışqırıqla hansısa bir fikrin, mənanın üzərinə düşərək, qanlı vəziyyətdə ondan yapışıb uduram, müdriklik şərbətindən içirəm. Əlbəttə, mənzərə siz deyən qədər iştahaçan olmasa da, növbəti anda davam etməyə tələsirəm (çünki şimşək belə erkən çaxarkən, yenə ən azından bir dəfə üzə çıxmalıdır və məhz bundan sonra o, ola bilsin ki, mənimlə qalsın).  Baxıram görüm mənim ovum, yəni özgəsindən əxz etdiyim fikir nəyə vəcə gələ bilər və onu öz mətnimin içərisinə daxil edərək üstünü suvaqlayırm.  Qədim dövrlərdə hər hansı canlı məxluqu yeni tikilən binanın təməlinə məhz bu cür qoyaraq hörürdülər. Yəqin ki, bu, tikilinin uzun müddətə dayanmasından ötrü edilirdi. Mənim mətnlərimin uzun yaşamaq ehtimalı olmasa da, mən onlararı Xaydeqqerin (Martin Xayeqqer, alman filosofu – tərc.) və Nitsşenin (Fridrix Vilhelm Nitsşe, alman filosofu və klassik filoloq – tərc.) canlı cismi ilə hörmüşəm. Həmdə onları suvaqlayarkən heç də bunu qorxu-hürkü hissi keçirməklə etməmişəm, hərçənd ki, hördüklərimin çoxu  oğurluqdur.  Ədəbiyyatşünaslar və tənqidçilər itin harada basdırıldığı yeri sonradan qoy ha axtarsınlar. Əlbəttə ki, onu axtarmağa dəyməz. Amma eybi yox, onlar  axtarmalarında olsunlar. Bu, bəlkə də ondan irəli gəlir ki, mən onları öz əlləri ilə şappıldayıram.

Detektiv və ya ona bənzər kitabları isə mən sadəcə əyləncə üçün mütaliə edirəm. Gör, təəccüblü nədədir: çox hallarda abzasın sonunda mən istər-istəməz kitabın əvvəlinə qayıdır, mütaliə etdiklərimi yenidən nəzərdən keçirirəm (nə yaxşı olardı ki, adam beləcə həm də fikirləşməyi, yenidən və yenidən fikirləşdiklərinə qayıdaraq onları saf-çürük etməyi bacaraydı). Nəticə etibarı ilə belə çıxır ki, mən bir mətni iki dəfə oxumuş oluram, bu isə tamamilə lazımsız şeydir. Çünki sevdiyim kitabları (onlar hansılardır – demərəm, bəlkə qoy deyim? – yox, demərəm, açıq-saçıqlığın yeri deyil, həm də açıb-ağartmaq sadəcə məni karıxdırardı, hərçənd ki, sevdiyim kitabları tək-tənhalıqda mütaliə edirəmsə, bu, o demək deyil ki, mənim kiminsə yanında hər hansı bir öhdəliyim var),  mən onsuz da bir neçə dəfə oxuyuram, bəzən də hansınısa bir oturuşda birnəfəsə iki dəfə oxuyuram.

Yox, bu, heç də unutqanlığın qarantiyası demək deyil. Sadəcə belə bir həqiqəti heç vaxt danmaq olmaz:təkrar biliyin anasıdır, elə deyilmi?  Amma bununla belə, sevdiyim kitabları mən təkrar olaraq ondan ötrü oxuyuram ki, yaxşı yadımda saxlaya bilim. Dərk edəndə ki, hansısa şeyləri yadda saxlamaq vacibdir, bu, məni qorxudur. Həm də elə qorxuram ki, möhkəm büzüşüb qalıram və onlara baxmağa cürət etmirəm. Gözlərimi  qaçırdıram, təki yadda saxlamağı vacib bilinən kitabları görməyim. Halbuki onları görmək çox vacibdir. Mənsə onlara bir gözlü, ya da çarpaz nəzərlərlə baxıram və sütunlarının uçmasından qorxu hissi keçirirəm. Əgər onlar uçub dağılsa, nəsə böyük və qaranlıq bir şey məni əzib məhv edəcək, daha doğrusu, bunu mən özüm edəcəyəm.  Çünki mən özümə baxarkən aydın bir şey, yəni dünyada mövcudluğu bilinməyən hər hansı varlıq  görmürəm.  Elə ona görə də mən çox diqqət çəkən nəyəsə baxmaqdan qorxuram. Nəzər öldürücü təsirə malikdir, mütaliəni öldürə bilər. Mütaliəsiz isə keçinə bilmirəm, bununla belə, burada böyük ehtiyatlılıq tələb olunur, yoxsa, kobud baxışlara görə  şapalaq ala bilərsən.  Mən dəqiq bilirəm ki, kitabın hansı səhifələrində (məsələn, 3-cü səhifədən 428-ci səhifəyədək) özümü tamamilə təhlükəsiz hiss edərək, hər hansı qəzavü-qədərdən uzaq olduğuma əmin olmaq mümkündür. Yox, əgər nəsə gözünə düşsə, onda yaxınlıqdakı birindən xahiş et ki, gözündəki tiri dartıb çıxarsın. Bu, səni çox ağrıdacaq. Ətrafda isə, bir qayda olaraq, yaxın bir kimsə olmur. Mən özüm də çox istərdim ki, yaxınlığımda heç kim olmasın.


 Tərcümə edəni:
 Ağaddin BABAYEV
                                        
 

Yenililklər
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.