Ağaddin Babayev - Fransuaza Saqanın ulduzlu kədəri
27.02.17

Yarım əsr öncə Fransuaza Saqan kədərə “Salam!” dedi, amma ömrünün sonuna kimi ona “Əlvida!” söyləməyi bacarmadı.  Məhəbbət haqqında gözəl romanlar yazmasına baxmayaraq, Saqan özü sevginin şirin dadını demək olar ki, heç vaxt duya bilmədi. Tale bu qəribə fransız qadını ilə amansız rəftar etməklə, onu sevginin yalnız nəzəriyyəçisinə çevirdi...
 
Abırsız gənc

Özünün ilk iri həcmli əsərini – “Salam, kədər!” romanını Fransuaza Saqan (əsl adı Fransuaza Kyaredir) 18 yaşında ikən qələmə alıb. Əsəri bitirdikdən sonra onu çap etdirməkdən ötrü Parisin tanınmış naşiri Renye Jullyara göndərir. Jullyar romanı oxuyub başa çatdırdıqdan sonra başa düşür ki, qarşısındakı əsl bestsellerdir.
Ürəyi narahatlıq hissi ilə döyünən və müvəffəqiyyətinə əsla ümid bəsləməyən Saqan heç bir makiyaj etmədən, sadə qara paltoda, lisey şagirdi kimi gələcək naşirinin görüşünə gəlir. Etimadsızcasına təzə yazıçını nəzərdən keçirən Renye Jullyar ona əyləşmək üçün yer göstərir. “Neçə yaşınız var, xanım qız?”, - deyə Jullyar soruşur. Saqan isə cavabında:”On səkkiz”, - deyir.
Jullyar eşitdiyi cavabdan heyrətə gəlir. On səkkiz yaşında roman yazmaq, həm də hadisələri bu dərəcədə açıq-saçıqla təsvir etmək? Bu ki, absurddur! Təqribən bir saat müddətində naşir qonağını hərtərəfli sorğu-suala tutub ondan nə səbəbə abırsız səhnələrlə dolu belə bir əsəri qələmə aldığnı öyrənməyə çalışır. Eşidəndə ki, roman avtobioqrafiq deyil, bütün hadisələr gənc yazıçının təxəyyülünün məhsuludur, Jullyar heyrətindən özünə yer tapa bilmir. O, Fransuazadan əsərin qaralamasını gətirməyi xahiş edir. Yalnız bundan sonra naşir qarşısındakı gənc qızın həqiqətən də  “Salam, kədər!” romanının müəllifi olduğuna inanır.

Milyonçu qız

Saqan Jullyarın kabinetini əlində sıxıb saxladığı 50 min franklıq qəbzlə tərk edir. Atası qızının indi ondan on dəfələrlə artıq qazanc əldə etməsi barədə xəbər tutanda şok keçirir. Ananın isə heç cür ağlına sığışmır: axı, necə ola bilər ki, onun uşağı bu cür mənəviyyatsız roman yazsın? Bununla belə, çox keçmir ki, bütün Fransa, ardınca isə Avropa gənc yazıçını aqlqışlamağa başlayır. Saqanın istedadı nəinki sıravi oxucular, eləcə də tanınmış söz-sənət sahibləri Jan Pol Sartr, Tennessi Uilyame, Uilyam Stayron və digərləri tərəfindən həqiqi qiymətini alır.
Bir ildən sonra kitab 350 min tirajla bütün Fransada yayımlanır və bunun üçün Saqana 50 milyon dollar məbləğində yeni qəbz verilir. Bu zaman Fransuazanın 19 yaşı yenicə tamam olmuşdu. Müvəffəqiyyətindən özünü itirən qız bu qədər pulla nə edəcəyini bilmir. Atası zarafatyana ona məsləhət görür pulları küləyə versin. Saqan da atasının məsləhətinə əməl etməyə başlayır.
Fransuaza Fransanın cənubunda yerləşən Sen-Trope şəhərində lüks bir malikanə kirayəyə götürüb, çoxsaylı qonaqların iştirakı ilə orada təmtəraqlı qəbullar təşkil edirdi. Gecələr isə bütün dəstə ya motorlu qayıqda gəzməyə çıxır, ya da kazinoda qumar oynayırdı. Saqan hər dəfə qumarda iri məbləğdə pullar otuzdururdu. Bir gün növbəti qumar oyununda çoxlu pulu uduzduqdan sonra Fransuaza elə bil yuxudan ayılır. Bank hesablarına görə ciddi təşviş hissi keçirən Saqan bir daha qumar oynamayacağına söz verir. 
Lakin o, sözünün üstündə cəmi yarım il qala bilir. Bir dəfə Londonda olarkən şəhər həyatından darıxan Saqan sevimli ruletkanı yadına salaraq, taleyini yenidən sınaqdan keçirməyi qarşısına məqsəd qoyur. Amma bu sınaq ona nə az, nə çox – düz 160 min dollara başa gəlir. Borclarını ödəməkdən ötrü Saqana dinclik bilmədən ən azı iki il işləmək lazım idi. Qayğılardan tamam uzaq olan, əyləncələrə öyrəşən qız üçün bu cür perspektiv həyat tərzi çox məşəqqətli, həm də olduqca cansıxıcı görünürdü. Odur ki, Fransuaza riskə getməyə qərar verir. O, qumar oyununu davam etdirir və xoşbəxtlikdən uğur bu dəfə onun tərəfində olur. Borcunu 100 dollaradək çatdıran Saqan kazinonu tərk edir. Buna baxmayaraq onun qumar oyunlarına olan həvəsi əsla azalmır – kazino Saqanın həmişəlik olaraq mütəmadi baş çəkdiyi sevimli yerlərdən birinə çevrilir.

Həmişə tənhalıqda


Bununla belə, bəşəriyyət gənc istedaddan yeni şedevrlər tələb edir. Saqan qələmə sarılaraq özünün növbəti əsərini – “Acı təbəssüm” romanını yazır. Bu əsərin süjet xətti müəyyən qədər yazıçının öz həyatını xatırladır. Saqanın tanışları romanın baş qəhrəmanı Dominikada Fransuzaya məxsus cizgiləri asanlıqla görə bilirdilər.
Saqan hər şeydən çox təklikdən, tənhalıqdan, cansıxıcılıqdan qorxurdu. Həmişə onlardan uzaq olmağa çalışan yazıçı vaxtını kazinolarda, ya da şotland viskisi içməklə öldürürdü. Onun qəhrəmanlarından biri haçansa demişdi:”Cansıxıcılıq sənə lazım olan dostların yanında olmaması səbəbindən əmələ gəlir”. Fransuazanın çoxlu dostları olub, amma əsl dostu olmayıb. Eləcə də çoxlu sevgi macəraları  yaşayan yazıçının əsl sevgisi heç vaxt olmayıb. Onun haqqında nahaq yerə demirdilər:”Həmişə kiminləsə bir yerdədir və bütün ömrü boyu tənhadır”.
Fransuaza heç vaxt xarici görkəmi ilə ətrafdakıları cəzb edə bilməyib, elə bu səbəbdən gəncliyində kişilərin diqqətindən kənarda qalıb. Amma məşhurlaşandan sonra vəziyyət tamamilə dəyişir. İndi pərəstişkarları onun hər yerişini daban-dabana izləyirdilər. Amma burada da yazıçını yeni məyusluqlar gözləyirdi.
Onun kişilərlə münasibətləri standart və dəyişməz plan əsasında inkişaf edirdi. Belə ki, aldığı təklifləri sevgi kimi qəbul edən Fransuaza bir müddət sonra cana doyaraq hər şeyə ifrat dərəcədə nifrət edərək yenidən tənhalığına çəkilir. “Kiməsə mənimlə darıxdırıcı olacağından əsla qorxmuram, - deyə yazıçı bildirirdi. – Qorxduğum daha çox mənim vaxtımın onunla darıxdırıcı keçəcəyinə görədir”.
Nəticə etibarilə Saqanın həyatında üst-üstə heç beş il də təşkil etməyən üç mənasız və tamamilə lazımsız evlilik baş verir.




Məyusluq


Qardaşı Jak yeganə şəxs idi ki, Fransuaza onun yanında özünü şən və xoşbəxt hiss edirdi. Yazıçı qələmə aldığı “Qəlb yarası” avtobioqrafik romanının baş qəhrəmanı olan Sebastyanın prototipi kimi Jakı seçməsi də təsadüfi deyildi. Dünya şöhrəti qazandıqdan sonra Saqan evdən gedərək qardaşı ilə birlikdə Qrennel küçəsindəki üç otaqlı mənzildə məskunlaşır. Jak bacısı ilə məşuqəsi kimi davranır və bu qəribə münasibət barədə şaiyələr çox keçmədən bütün Parisi dolaşmağa başlayır. Bütün hərəkətləri qardaşı tərəfindən daim nəzarətdə saxlanılan  Fransuazaya kosmetikadan istifadə etmək, uzun saç saxlamaq yasaq olunur. Jak bacısına ancaq qara rəngli düz yubkada və sviter köynəkdə gəzməyi icazə verir. 
 Sevimli bacısının 20 yaşından əbədi tənhalığa qovuşmasının əsas baiskarı da məhz Jak özü olur. “Nə qədər cəhd göstərsən də, heç vaxt öz kişilərinlə xoşbəxt ola bilməzsən!” – deyə o, bacısı ilə mübahisələrin birində bəyan etmişdi.
Sevgi uğursuzluqları, daimi tənhalıq hissi nəticə etibarilə Saqanı narkotiklərin aludəçisinə çevirir. Bunlar da kömək etməyəndə, yazıçı hansısa uzaq bir fransız kəndinə köçərək vaxtını saatlarla taxtda uzanaraq musiqi dinləmək və nəyinsə arzusu ilə yaşamaqla öldürməyə qərar verir. Sonralar onun  düşünüb fikirləşdiklərinin çoxu kitablarında öz əksini tapır.

Kasıbçılıq


Saqanı çoxları varlı-karlı hesab etsə də, yazıçı özü var-dövlət sahibi olmaq ideyasına qəlbən nifrət bəsləyirdi. Bəzi hallarda onun hesabına köçürülən qonorarların məbləği həqiqətən də milyonları ötüb keçirdi. Amma bununla belə, yazıçının pul kisəsi çox vaxt boş qalırdı və o, pul əldə etməkdən ötrü baş sındırırdı. Belə anlarda qeyri-müəyyən və riskli tədbirlərə əl atan Saqan qəribə də olsa, uğur qazanırdı. Bir dəfə yazıçı belə bir məqamda at alıb cıdırda yarışmaq qərarına gəlir. Bəxt onun üzünə gülür. Fransuazanın atı hamıdan birinci finişə çataraq öz dəlisov sahibinə böyük məbləğdə mükafat qazandırır. Lakin cəmi bir həftədən sonra uduşdan ona vur-tut qəpik-quruş qalır.
Fransuaza Saqan meşşanlığa, harın burjua həyatına nifrət edirdi. O, şairləri, “gecə bayquşları” adını almış və məişət problemlərindən azad olub, arzuları, fantaziyaları ilə yaşayanları xoşlayırdı.
Elə bu yüngül həyat tərzinə, avantürlərə sevgisinə və başısoyuqluğuna görə Saqanı çox vaxt səthi adam adlandırırdılar. Onun şəxsi həyatı və qəhrəmanlarının dünyası isə tənqidçilər tərəfindən “Saqanın acınacaqlı dünyacığı” adlandırılırdı. Bir sıra nüfuzlu ədəbi mükafatlara layiq görülmüş bu istedadlı yazıçının əsərləri isə çox vaxt şit, bayağı məhəbbət romanları ilə eyni səviyyədə dəyərləndirilirdi. Amma Saqan tənqidçilərin acıdilliliyinə əhəmiyyət verməyərək, yazmaqda davam edir, oxuculuranı gözəl və cəzbedici sevginin sehri ilə ovsunlayırdı
Onun həyatında saysız-hesabsız qalmaqallar, ödənilməmiş vergi borcları, qəribə nikahlar, avtomobil qəzaları, lüks yaxtalar, narkotiklərə və alkoqollu içkilərə meyllilik, şərti həbs cəzaları, qumar oyunları, lap sonda isə, aldığı iri məbləğdə qonororlara baxmayaraq, kasıbçılıq dərin iz buraxır. Fransuaza Saqan 2004-cü il sentyabrın 24-də 69 yaşında ikən ağciyər emboliyası xəstəliyindən vəfat edir.

Yenililklər
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
05.10.23
Mədəniyyət Nazirliyinin dəstəyi ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək
05.10.23
Paulo Koelyonun “Əlkimyagər” romanı əsasında film çəkiləcək
05.10.23
Ədəbiyyat üzrə Nobel mükafatı Norveç yazıçısı Yun Fosseyə verilib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.