Fevralın 16-da Türkiyə Respublikasının Ərdahan Universitetinin İnsani Bilimlər və Ədəbiyyat fakültəsi Türk dili və Ədəbiyyatı bölümünün professoru, dr. Ərdoğan Altınkaynak AMEA Folklor İnstitutunun qonağı olub. AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov qonağı səmimiyyətlə qarşılayıb, institutda görülən işlər haqqında bilgi verib.
Qonaq diqqətə görə təşəkkürünü bildirib, Azərbaycanın tarixi bölgələrindən olan Dərbəndlə bağlı təəssüratlarını bölüşüb. O, Ərdahan Universitetində onlarla azərbaycanlı tələbənin təhsil aldığını, vaxtaşırı Azərbaycanda nəşr olunan elmi nəşrləri əldə etdiklərini bildirib.
Görüşdə qarşılıqlı olaraq Türkiyənin Ərdahan bölgəsindən folklor materiallarının, eləcə də Azərbaycanın müxtəlif bölgələrindən folklor materiallarının toplanılması, nəşri, araşdırılması ilə bağlı məsələlər müzakirə mövzusu olub.
Görüşdə iştirak edən Folklor İnstutunun Xarici Əlaqələr bölməsinin rəhbəri Əli Şamil qarşılıqlı əməkdaşlıqla bağlı fikirlərini bölüşüb.
Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu-İmanov prof.dr. Ərdoğan Altınkaynaka Folklor İnstitunun nəşrlərini hədiyyə edib. /folklor.az/