Məmməd Şərif - El dərdini ürəyinnən boşaltma
21.02.17
Güney Poeziyası
Doğranırız Parçalanırız Biçilməğ için Heç olmağ için
‘Ərdəbil’li güyənir özünə ‘Təbriz’dən ayrı düşdüğünə
Axı ‘İstismar’ı sözcüktən artıq anlamayıb ki Çılpaqla çapılmışlar ara, ilgi qatmayıb ki Düzü əyridən ayırmayıb ki!
‘Astara’, ‘Ərdəbil’, ‘Muğan’, ‘Təbriz’ Bir zaman bir bölgə idi Bir birinə kölgə idi Kim deyir indiki tək özgə idi? Göz görəri düşmən idi!
Baş baxanlar Bir qardaşa qılınc verdilər, vır dedilər Bir qardaşa boyun əyməsin örgəttilər Damar qırılmadı, qan axmadı Ancaq ürəklər ara kinə yarandı Bu siyasət tülküdən ilham alındı Bu günə kimi, sülhün ağ bayrağı Kinə otunda yandı qaraldı
İtə allanıb itə tapşırıldı obamız Anladığımız vəfalı iticək Olmadı hürən ərbabımız
Dəyişixliq saldıq nə qimətə? Dəyişixliq saldıq dəyişilsin əqidə! Ama dəyişixliq gördük nəyində?
D... B... B... M... ... Susmaq lazim Məmməd Şərif hər söz ağzın sən açma El dərdini ürəyinnən boşaltma
|