Uşaqlar üçün yeni “Qaranquş” jurnalının təqdimatı keçirilib
06.02.17

Avropa Azərbaycan Məktəbində “TEAS Press” Nəşriyyat  Evinin uşaqlar üçün yeni “Qaranquş” adlı aylıq jurnalının (www.qaranqush.az) ilk buraxılışının təqdimatı keçirilib.
 
APA-nın xəbərinə görə, jurnalın baş redaktoru Aysel Zahidqızı bildirib ki, azyaşlı uşaqlar və ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan jurnalın əsas məqsədi uşaqları maarifləndirmək və əyləndirməkdir. O deyib ki, jurnalda maraqlı hekayələr, məqalələr, müxtəlif sahələr üzrə rubrikalar, oyunlarla yanaşı, ingilis dilində mövzulara da yer verilir: “Uşaqlar “Qaranquş”u əldə etməklə başqa bir xarici aləmə səyahət edəcək və hər ay jurnalı oxuduqda maraqlı məlumatlar əldə edə biləcəklər. 44 səhifəlik jurnalın hazırlanmasında Azərbaycanın tanınmış uşaq yazarları və illüstratorları iştirak edib. Jurnalın əsas maskotu fərqli dizayn edilmiş qaranquşdur və oxucular üçün müxtəlif məlumatlar onun dilindən təqdim olunur. Jurnalın adının “Qaranquş” seçilməsi təsadüfü deyil. Çünki baharın müjdəçisi olan qaranquşu hər kəs sevir və jurnalımızda uşaqlara yeni informasiyalar məhz onun vasitəsilə verilir. Bizim məqsədimiz odur ki, uşaqları hər zaman əyləndirək və onları çalışqan olmağa öyrədək”.
 
A. Zahidqızı qeyd edib ki, jurnal hər ay işıq üzü görəcək. Onun sözlərinə görə, jurnala 6 aylıq və 1 illik abunə olmaq mümkündür: “Bundan əlavə, satışdan da əldə etmək mümkündür. Jurnal ilkin olaraq 3 min tirajla buraxılır, amma gələcəkdə ehtiyac olduqda bu say artırılacaq”.
 
Azərbaycan Yazıçılar Birliyinin Uşaq ədəbiyyatı şöbəsinin müdiri Qəşəm Nəcəfzadə bildirib ki, yeni nəşr uşaqların bilik və bacarıqlarını əks etdirəcək və məktəblilər yeni biliklər əldə edəcəklər. Şair Ələmdar Quluzadə “Qaranquş”da 5-10 yaş arası uşaqları maraqlandıran mövzulara aid rubrikalar olduğunu söyləyib. Müasir uşaq yazarı Reyhan Yusifqızı, Avropa Azərbaycan Məktəbinin ibtidai siniflər üzrə direktor müavini Validə Həsənova da çıxış edərək təbriklərini çatdırıblar. Onlar deyiblər ki, jurnal hazırlanarkən ibtidai siniflər üçün tədris planında yer alan mövzulara uyğun hekayə və məqalələr yazılıb. Məhz bu xüsusiyyətinə görə jurnal həm müəllimlər, həm də şagirdlər üçün faydalıdır.
 
Qeyd edək ki, “TEAS Press" Nəşriyyat Evi (www.teaspress.az) Azərbaycanda nəşriyyat işinə dəstək vermək, xarici dillərdən akademik nəşrlərin Azərbaycan dilinə yüksək keyfiyyətlə tərcüməsi və nəşri, həmçinin Azərbaycanın xaricdə tanıdılmasına töhfə vermək məqsədilə Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təsis olunub. ”Nəşriyyat Evi “3 alma” (www.3alma.az) əmtəə nişanı ilə azyaşlı uşaqlar, yeniyetmə və gənclər, eləcə də müəllim və valideynlər üçün bədii və elmi-kütləvi kitablar nəşr edir. /525.az/

Yenililklər
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.