Kənan Hacı - Qırılan budağın iki parçası
24.01.17

Sevgi ən azad hissdir və heç bir qadağa tanımır, deyirlər. Yer üzündə millətləri sərhədlər ayırdığı kimi sevginin də sınırlarını çox vaxt dini, milli fərqlər müəyyənləşdirir və bu məqamda o, azad duyğunun önünü də Çin səddi kimi kəsir. Bu ayrıseçkilik yazılmamış qanunların ən amansızıdır. Amma hislərin lüğətində qadağa sözü yoxdur. Dünya ədəbiyyatında bu mövzuda xeyli sayda əsərlər yazılıb. Azərbaycanın məhəbbət dastanları içində orijinallığı və qeyri-adiliyi ilə seçilən “Əsli və Kərəm” dastanı, Hüseyn Cavidin ölməz “Şeyx Sənan”ı, Nəriman Nərimanovun “Bahadır və Sona”sı, Qurban Səidin “Əli və Nino”su millət və din baxımından ayrı olan aşiqlərin faciəvi həyatından bəhs edir.

Klassik ədəbiyyatımızın görkəmli nümayəndələrindən olan Seyyid Əzim Şirvani özünün məşhur qəzəlində bu mətləbin ən gözəl bədii təsvirini verib:

Getmə, tərsa balası, mən də sənə sayə gəlim,
Damənindən yapışım, mən də kəlisaya gəlim.
Ya sən islamı qəbul eylə, mənim dinimə gəl,
Ya da təlim elə, mən məzhəbi-İsayə gəlim.

Ustad Məhəmmədhüseyn Şəhriyar da Seyyidin bu qəzəlindən sənətkarlıqla bəhrələnib:

Allahından sən əgər qorxmayıb olsan tərsa,
Qorxaram mən də, dönüb dini-Məsihayə gəlim.
Şeyx Sənan kimi donquz otarıb illərcə
Səni bir görmək üçün məbəde-tərsayə gəlim.
Yox sənəm! Anlamadım, anlamadım, haşa mən,
Buraxım məscidimi, sənlə kelisayə gəlim?!

Belə misalların sayını xeyli artırmaq olar. Keçmiş zamanların tarixi yüzlərlə bu səpgili faciələrlə doludur. Qloballaşan dünyada sevgi artıq bu qadağaları qıra, həmlələri dəf etmək iqtidarındadır. Amma Şərqin əsrlər yorub gəlmiş bu problemi nə qədər Şeyx Sənanları donuz otarmağa məcbur edib. Bu  günlərdə İsrail yazıçısı Əli Amirin “Yasəmən” romanını oxuyarkən qosqoca arxetiplərin mənəvi dünyamızın qapıları arxasında necə ayıq-sayıq keşikdə durduğunu daha dərindən hiss etdim.

Yeri gəlmişkən, Əli Amir haqqında qısa bir bilgi də verək. O, Bağdadda doğulub, uşaq yaşlarında ailəsiylə birlikdə İsrailə köç edib. Yəhudilərlə ərəblər arasında zaman-zaman davam edən münaqişələr onun uşaqlığına sağalmaz yaralar vurub. Yəhudi düşərgəsində tərbiyə alıb, Yerusəlim Universitetinin ərəb dili və ədəbiyyatı fakultəsini bitirib. Onun əsərləri avtobiqorafik məqamlarla zəngindir. Onun “Günah keçisi” romanı bütöv bir nəslin avtobioqrafiyası hesab olunur. Tikanlı məftillər ölkəsində böyüyən uşaqların ailələrindən alınıb düşərgələrə yerləşdirilməsi onların uşaq yaddaşında ən ağır psixoloji və mənəvi zədə kimi qalır və bu  yara zaman-zaman daha dərinlərə işləyir, onların həyatında keçilməsi mümkün olmayan baryerlər yaradır. Bundan əvvəl Əli Amir “Göyərçin uçuran”ı yazmışdı. Mən “Yasəmən”i “Günah keçisi”indən əvvəl oxudum. Bu romanda Nurinin düşərgədə keçən uşaqlığı heyrətamiz bir dillə nəql olunur. Şərq və Qərb dünyagörüşünün kəsişmə nöqtəsində ziddiyyətli günlər yaşayan Nuri burda həyatın bütün sınaqlarından çıxır.

“Yasəmən” romanı isə trilogiyanın sonuncu romanıdır. Başqa dindən və başqa millətdən olan Yasəmənlə Nurinin eşq hekayəsindən bəhs edən bu əsər İsrail dövlətinin quruculuq illərindəki ictimai-siyasi hadisələri, ərəblərlə yəhudilər arasında mövcud olan ziddiyyətləri tünd boyalarla, geniş şəkildə əks etdirir. Yasəmən ərəbdir, ziyalı ailədə doğulub, Parisdə təhsil alıb işğal altında olan vətəninə qayıdır və Nurinin sevgisi ilə üz-üzə qalır. Nuri onun vətənini işğal edənlərin nümayəndəsidir. Sevgi bütün maneələri aşır, Nuri düşmən tərəfdən olsa da həmişə ədalətin yanındadır. Bu məqam onu Yasəmənə daha da doğmalaşdırır. Din, məzhəb arxa plana keçir. Amma Yasəmən hər dəqiqə, hər an gözəgörünməz maneələrlə üzləşir, anlayır ki, Nuri onu bu yadların əhatəsində qoruya bilməyəcək, izzəti-nəfsi yaralanacaq. Sonda ona sarsıntı dolu bir açıqca buraxıb bütün bu iztirablardan, ziddiyyətlərdən xilas olmaq üçün yenidən Parisə qayıdır. Onları sevgi birləşdirir, məzhəb ayırır. Əlbəttə,  yollarının ayrılmasında yeganə səbəb təkcə məzhəb ayrıseçkiliyi deyildi, iki millət arasında gedən açıq və gizli davam edən mübarizələr bütün münasibətlərə öz mənfi təsirini göstərirdi. Belə bir mühitdə ayrıca bir dünya olan sevginin müqəddəsliyini qorumaq çətin, bəlkə də mümkünsüz idi. Yasəmən bu acı həqiqəti dərk etdikdən sonra Nuriyə o məktubu yazmışdı:

“Aid olmadığın bir ölkədə yaşamaq təhqirdir. İkinci dərəcəli, bəlkə də daha aşağı dərəcəli vətəndaş olmaq deməkdir. Biz qırılan budağın iki parçasıyıq”.

Bu yerdə böyük şairimiz Ramiz Rövşənin misraları şimşək kimi beynimdə çaxdı:

Heyif, gətirə bilmədim
sevgi adlı dinə səni...  

/"Aydın yol"qəzeti/

Yenililklər
15.04.25
Karakasda poeziya həftəsi - Mahir N. Qarayev
15.04.25
Bədirxan Əhmədli: 70 yaşın işığı
29.03.25
Təkcə sən gəlib çıxmadın
27.03.25
İlqar Cəmiloğlu - Səni məndən soruşana nə deyim?
13.03.25
Professor Bədirxan Əhmədli: Universitetlərdə hələ də sovet dövrünün dərsliklərindən istifadə olunur - MÜSAHİBƏ
03.03.25
Darıxmağın “Təcili yardımı” Kənan Hacı
06.01.25
Sevil İrevanlı - Türkiyat Araştırmaları Enstitüsünün 100. Milletlerarası Kongresinden gözlemler, izlemler
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.