ey dadi bidad danəndə dəhan dərviş d...
padişahın burnunda neft qaz qoxusu qalım ...
Bilirsən uşaqlarım var
Ağzını açıb çörək istər anlamaz varın yoxun sirrin
Indi bağdadda çəkdiyim rəsimləri
Satıram xarici jurnalistlərə pis deyil
Onlar şəhrə girməkdən qorxurlar ölümdən çəkinirlər
Öldürülmüş insanları uçurulmuş evləri makinama köçürürəm
Uşaqlarımın mədəsini o şəkillərlə doldururam
Bir gün öldürülmüş bir yavrunun rəsmini satarkən ingilisə
Nədənsə anladım o uşağı da satdım
Satdım bağdadın daş-divarını topraq üzərinə dağılmış qan gölməçəsini
O cocuğun ruhunu satdığıma elə utandım
Öldürdü məni bu hal mənim ölümümü almadı o ingilis
Xatırlayıram o cacuğun qanlı cəsədini çəkərkən
Üzərinə düşən gün ışığı sanki qoymurdu
Sanasan cocuğun cəsədini qoruyurdu - çəkə bilmirdim
Hankı yönə əyilsəm də makinam götürmürdü
Işıq cəsəd üzərinə şaxıdıqca şaxıyırdı həm də ağrıyırdı
Işıq deyirdi get tarla göstər sənə taxıl bitirim yetirim
Don vurmuş su göstər açım yanğına ötürüm
Üşüsən bədənini ısıdım ağac göstər bar gətirim dalına
Qanlı cəsədiylə bu cocuq uyuyur onu çəkmə satma
Məni cocuq üzərində bu halnan yakalama
Çəkdiyim şəkil solğundu o qədər də alınmamışdı
O cocuğun parlaq görüntüsü qəlbimdə qalmışdı
Az sonra yandırılmış bağdad kitabxanasını gördüm
Qədim əlyazmaların kitabların külünü köçürdüm
Bu külə qarışmış insan cəsədinin külü necə qokuyurdu
Indi yanmış kitabələri adamlar külüylə oxuyurdu
Bağdadlı alimin eynəyi bir tərəfdə hələ də közərirdi
Onun üzərinə su tökən başörtülü bir qadın hıcqırır
Deyəsən o eynəyin taxıldığı gözləri arayır
Göz nə gəzir o çoxdan yanıb kitab küllərinə qarışmışdı
Bu mənzərəni çəkib satdım ingilisə o necə də sevinirdi
Şərqin toprağı-taşı şəkillərlə daşınır qərbə
Özü də hər şey yandırılaraq
Ya da qanı axıdılaraq buğlanaraq dağıdılaraq
Yalnız günəşin ışığı dəyişmir o da öz içində yanır
əslində bu küllər də onundur canımız ışıqdandır
heç olmasa şərqin ışığını aparalar
daha söndürüb də qaranlığın daşımayalar qərbə
hər şeyi süpürüb götürüblər bircə ışıq qalmışdı
onu da cəsədimizin kitablarımızın külünə qarışdırıb apardılar
görünür bu şəkildə ehtiyacları var ışığa
2005