Kamal Abdullanın İtaliyada yeni kitabı çap olunub
17.01.17

Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanından sonra “Sehrbazlar dərəsi” (Kamal Abdulla. “La velle dei maghi”, Roma 2016.) romanı da İtaliyanın məşhur “Sandro Teti Editore” nəşriyyatında çap edilib.

Müəllifin “Yarımçıq əlyazma” romanının İtaliyada iki dəfə nəşrindən sonra Kamal Abdulla yaradıcılığına oxucu marağını görən nəşr evi “Sehrbazlar dərəsi” romanını da çap etməyə qərar verib. Romanı italyan dilinə rus dilindən Genuya Universitetinin müəllimi Daniele Franzoni tərcümə edib.

Kitabı italyan oxucusuna hazırda Avropanın bir çox aparıcı universitetləri ilə yanaşı, Harvard Universiteti ilə də əməkdaşlıq edən, orta əsrlər ədəbiyyatı və mədəniyyəti, eləcə də islam, xristianlıq və iudaizmlə bağlı sivilizasiyalararası münasibətlər üzrə mütəxəssis Franko Kardini təqdim edir. Professor F.Kardininin romana yazdığı “Ön söz”də əsər bütün ədəbi-bədii layları ilə təhlil olunur, romandakı magik təxəyyülün Şərq və Qərb sivilizasiyalarının qovuşma nöqtəsində ortaya çıxan enerjidən qaynaqlandığı ifadə edilir.

Professor F.Kardin yazır: “Roman böyük uğur qazandığı Fransada resenzentin fövri optimizmlə ifadə etdiyi kimi, “Xeyrin Şər üzərində qələbəsindən bəhs edən alleqoriya” deyil. Əslində, böyük bəxşiş hesab edilən seçim azadlığına malik olan, eyni zamanda da seçimin ağır məsuliyyətini öz çiynində daşıyan bir insanın keçdiyi çətin yol haqqında qələmə alınmış bir hekayədir. Bu kitab bizi daxili ziyarətə dəvət edir. Bunun üçünsə, hər birimiz İlan gədiyinin axtarışındayıq. Oradan Görükməz təpənin yaşıl ətəyinə keçmək, sonra isə aşağı, Sehirbazlar dərəsinə düşmək olar. Dərəyə axtarış məqsədilə gəlirlər. Amma sən nə axtardığına, vermək istədiyin suallara, tapacağın şeylərə və qayıdandan sonra həyatla mübarizədə sənə lazım olan, orada isə əlindən almaq istədikləri gücə diqqət etməlisən”.

Kitabın üzündə orta əsr rəssamı Maqsud Kəşaninin 1539-1540-cı illərdə çəkdiyi və hazırda Londondakı Viktoriya və Albert Muzeyində saxlanılan rəsmin təsviri verilib.

Qeyd edək ki, indiyə qədər “Sehrbazlar dərəsi” romanı Fransa, ABŞ, Rusiya, Türkiyə, Yaponiya, İran, Litva və Qazaxıstanda nəşr edilib. /Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanından sonra “Sehrbazlar dərəsi” (Kamal Abdulla. “La velle dei maghi”, Roma 2016.) romanı da İtaliyanın məşhur “Sandro Teti Editore” nəşriyyatında çap edilib.

AZƏRTAC xəbər verir ki, müəllifin “Yarımçıq əlyazma” romanının İtaliyada iki dəfə nəşrindən sonra Kamal Abdulla yaradıcılığına oxucu marağını görən nəşr evi “Sehrbazlar dərəsi” romanını da çap etməyə qərar verib. Romanı italyan dilinə rus dilindən Genuya Universitetinin müəllimi Daniele Franzoni tərcümə edib.

Kitabı italyan oxucusuna hazırda Avropanın bir çox aparıcı universitetləri ilə yanaşı, Harvard Universiteti ilə də əməkdaşlıq edən, orta əsrlər ədəbiyyatı və mədəniyyəti, eləcə də islam, xristianlıq və iudaizmlə bağlı sivilizasiyalararası münasibətlər üzrə mütəxəssis Franko Kardini təqdim edir. Professor F.Kardininin romana yazdığı “Ön söz”də əsər bütün ədəbi-bədii layları ilə təhlil olunur, romandakı magik təxəyyülün Şərq və Qərb sivilizasiyalarının qovuşma nöqtəsində ortaya çıxan enerjidən qaynaqlandığı ifadə edilir.

Professor F.Kardin yazır: “Roman böyük uğur qazandığı Fransada resenzentin fövri optimizmlə ifadə etdiyi kimi, “Xeyrin Şər üzərində qələbəsindən bəhs edən alleqoriya” deyil. Əslində, böyük bəxşiş hesab edilən seçim azadlığına malik olan, eyni zamanda da seçimin ağır məsuliyyətini öz çiynində daşıyan bir insanın keçdiyi çətin yol haqqında qələmə alınmış bir hekayədir. Bu kitab bizi daxili ziyarətə dəvət edir. Bunun üçünsə, hər birimiz İlan gədiyinin axtarışındayıq. Oradan Görükməz təpənin yaşıl ətəyinə keçmək, sonra isə aşağı, Sehirbazlar dərəsinə düşmək olar. Dərəyə axtarış məqsədilə gəlirlər. Amma sən nə axtardığına, vermək istədiyin suallara, tapacağın şeylərə və qayıdandan sonra həyatla mübarizədə sənə lazım olan, orada isə əlindən almaq istədikləri gücə diqqət etməlisən”.

Kitabın üzündə orta əsr rəssamı Maqsud Kəşaninin 1539-1540-cı illərdə çəkdiyi və hazırda Londondakı Viktoriya və Albert Muzeyində saxlanılan rəsmin təsviri verilib.

Qeyd edək ki, indiyə qədər “Sehrbazlar dərəsi” romanı Fransa, ABŞ, Rusiya, Türkiyə, Yaponiya, İran, Litva və Qazaxıstanda nəşr edilib. /Azertac/

Yenililklər
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.