“Ulduz” jurnalının yeni sayı işıq üzü görüb
06.12.16
“Açıq qapıları döymək lazımdırmı?” adlı ekspert rəyində yazıçı Varis jurnalın ötən sayında çap olunan materiallara münasibət bildirib.
Ekspert rəyini Nilufər Şıxlının “Özüylə söhbəti” və “Ölümsüz” hekayəsi izləyir.
“Şeir vaxtı” bölməsində Xuraman Hüseynzadə, Nazilə Gültac, Rafael Tağızadə və Gülnarə Sadiqin şeirləri yer alıb.
“Nəsr”də Elçin Hüseynbəylinin “Kənddə bir gün” hekayəsi və “Zürafə ilə dovşanın dostluğu” nağılı, Çinarə Ömrayın “Çinar tərəzi”, Nargisin “Boşluğun tragediyası” hekayələri verilib.
Samirə Əşrəf “Sənət” rubrikasında isveçli rejissor İnqmar Berqmanın həyatından və filmlərindən yazıb.
“Tərcümə saatı”nda Cavanşir Yusiflinin təqdimatında Tomas Tranströmerin və Fərid Hüseynin təqdimatında Kouiks Kristosun şeirləri dərc olunub.
“Bölgələrdən 6x6” rubrikasını Fərqanə Mehdiyeva təqdim edib. Şəhriyar İbrahimov, Rəsul Mirzə, Rəvan Cavid, Pərviz Axund, Qoşqar Qaraçaylı və Məhəmməd Turan F. Mehdiyevanın suallarını cavablandırıb. Rubrikada gənc şairlərin poetik nümunələri də yer alıb.
“Portret-oçerk” bölməsində Abid Tahirli yazıçı Ceyhun Hacıbəylinin həyat və yaradıcılığından bəhs edib.
Firəngiz Sabirqızının şeirləri “Debüt” bölümündə yer alıb.
Ayişə Nəbi “Məqam” bölməsində “Xaneyi-vəhdətdə” yazısı ilə çıxış edib.
Jurnalın bu sayında Hicran Hüseynovanın Mina Rəşidin şeirlərinə yazdığı “İnsanlığın himni” yazısı, Həyat Şəminin “İstiqlal marşı nə deyir?” essesi və İlham Musaoğlunun şeiri də çap olunub.
“Ekspromt” rubrikasında Əli Hacılı teatrdan söz açıb.
“Hücrə”dəki “İydə ağacının süd qoxulu sevdası” yazısında Q.Nəcəfzadə Vahid Aslanın şeirlərini təhlil edib.
“Dərgidə kitab” isə bu dəfə Vəfa Mürsəlqızının ixtiyarına verilib.
|