Milli Kitabxanada Migel Delibesin “Seçilmiş əsərləri”nin təqdimatı olub
24.11.16

M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri olan, görkəmli ispan yazıçısı Migel Delibesin “Seçilmiş əsərləri” kitabının geniş təqdimat mərasimi keçirilib. Tədbirdə İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Xose Luis Diez Xuares, Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva, Kolumbiya səfirliyinin konsulu cənab Kelly Çaib de Mares, eləcə də Meksika, Braziliya və Fransa səfirliklərinin nümayəndələri, Azərbaycanın tanınmış elm, sənət və ədəbiyyat adamları iştirak edib.

Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Afaq Məsud açaraq, nəşr barədə məlumat verib. Migel Delibesin ispan ədəbiyyatının son mogikanı olduğunu, təqdim edilən bu nəşrin, ədibin Azərbaycan oxucusunun ixtiyarına verilən ilk kitabı olduğunu söyləyən A.Məsud yazıçının şərəfinə təşkil olunmuş bu tədbirin, həm də kitab və ədəbiyyat bayramı olduğunu, belə nəşrlərin və tədbirlərin əsas məqsədinin, cəmiyyətin diqqətini kitaba, ciddi ədəbiyyata yönəldilməsi olduğunu bildirib.

İspaniya Krallığının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Xose Luis Diez öz çıxışında yazıçının ispandilli ədəbiyyatda tutduğu mövqedən, Delibesin yazıçı bioqrafiyasından, həmçinin əsərlərinin bədii məziyyətindən söz açaraq, İspaniyanın bu məşdur ədibinə, eləcə ispandilli ədəbiyyata göstərilən diqqətə və marağa görə Tərcümə Mərkəzinə öz təşəkkürünü bildirib.

Argentina Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Karlos Dante Riva ölkələrin yaxınlaşmasında mədəniyyətlərin əhəmiyyətli rolundan danışaraq, Migel Delibesin Azərbaycan dilində işıq üzü görmüş kitabını Mərkəzin bu istiqamətdə növbəti uğuru kimi dəyərləndirib.

Daha sonra kitabı dilimizə çevirən yazıçı-tərcüməçi Saday Budaqlı, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycan Dillər Universitetinin İspan dili kafedrasının müdiri Aynur Quliyeva, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov nəşrin əhəmiyyətindən, Mərkəzin bu sahədə əldə etdiyi uğurlardan söz açaraq, belə nəşrlərin mədəniyyətlərarası əlaqələrin qurulmasında böyük önəm kəsb etdiyindən danışıblar.  

Qeyd edək ki, M.Delibes məşhur “Sərv ağacının uzun kölgəsi” (1947), “Yol” (1950), “Sərsəm” (1953), “Qırmızı yarpaq” (1959), “Beş saat Mario ilə birlikdə” (1966), “Altmış yaşlı həyat aşiqinin məktubları” (1983), eləcə də digər romanlarının müəllifidir. O, 1993-cü ildə Servantes mükafatına layiq görülüb.

Yenililklər
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
13.03.24
“Kinomuzu yaradanlar, Kinomuzu yaşadanlar” layihəsinə start verilir
13.03.24
Mehriban Ələkbərzadə: “Əsrə bərabər gün” tamaşası dünən, bu gün, sabah kontekstində yaşadığımız əsrə baxışdır
13.03.24

Azərbaycan London Beynəlxalq Kitab Sərgisində təmsil olunur

11.03.24
"Oskar" mükafatının qalibləri məlum olub
06.03.24

Dövlət sifarişi ilə “Kür - çaylar anası” sənədli filmi istehsalata buraxıldı

03.03.24
Asif Rüstəmli - Azərtac nə vaxt yaradılıb?
29.02.24
Abbasəli Xankişiyev - Dağlar kimi məğrur saxla başını
29.02.24
Əlirza Zihəq - Şuşa zəfəri
29.02.24
II Kitabqurdu Payız Oxu Marafonunun qalibləri mükafatlandırılıb
27.02.24
Azərbaycan Respublikası Kino Agentliyinin fəaliyyəti qənaətbəxşdir
23.02.24
Kənan Hacı - Korifeyin həyatını cəhənnəmə çevirən Dahi - Mahir Qarayevin "Sonuncu korifey" romanı üzərinə qeydlər
10.02.24
Öz nəğməmlə tək qalmışam indi mən - Höte
08.02.24
Gülnar Səmanın “Sözümüz sözdür-2” kitabı “GlobeEdit” nəşriyyatında çap olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.