Dünya şöhrətli İran yazıçısı Bakıda
23.11.16
Çağdaş İran ədəbiyyatın dünyada ən çox oxunan yazarlarından biri Mustafa Məstur AMEA-nın Mərkəzi Elmi Kitabxanasında oxucularla görüşüb. Kulis.azın məlumatına görə görüş çərçivəsində ədibin ATV kanalı və "Parlaq İmzalar" Nəşriyyatının ortaq layihəsi üzrə işıq üzü görən "Tanrının ay üzündən öp" adlı bestseller romanının imza günü də keçirilib. Mədəniyyət və Turizm Nazirliyi, ATV Kanalı, "Parlaq İmzalar" Nəşriyyatı, Azərbaycan Yazıçılar Birliyinin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi və AMEA Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə keçirilən tədbirdə yazıçı "Qloballaşma dövründə ədəbiyyat" mövzusunda mühazirə oxuyub, həmçinin iştirakçıların suallarını cavablandırıb. Görüşdə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, “Parlaq İmzalar” Nəşriyyatının direktoru Nurman Tariq “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru Seyfəddin Hüseynli və gənc şərqşünas Ariz Tarverdiyev roman haqqında fikirlərini bölüşüblər. İranda 62 dəfə nəşr edilərək, 250 000 tirajla satılan roman xüsusilə Avropada maraqla qarşılanıb və yazara bir sıra nüfüzlu mükafatlar qazandırıb. Romanı fars dilindən ATV Xəbərin aparıcısı, jurnalist və tərcüməçi Ariz Tarverdiyev çevirib. Qeyd edək ki, “Parlaq İmzalar” nəşriyyatı tanınmış yazarın bütün əsərlərinin Azərbaycanda tərcümə və çap hüququnu əldə edib. /kulis.az/
|