Bakıda Səlim Babullaoğlunun "Vizual poeziya” seansı keçirilib
22.11.16
Bakıda “Vizual poeziya” seansı keçirlib.Seans şair Səlim Babullaoğlunun “İlyas Göçmənin şeir dəftəri” kitabı üzərində qurulub. Fərqli tərzdə düşünülmüş kitaba məşhur türk fotoqraf İlyas Göçmənin fotoları və bu fotoları hərəkətə gətirən, onun səyyar dünyasına işıq salan Səlim Babullaoğlunun şeirləri daxil edilib. Paralel olaraq kitabın təqdimatı kimi diqqət çəkən gecədə şair topluda yer alan 40 şeirdən 12-sini sələndirib.
Tədbirin məğzinə keçiddən əvvəl səbəbkar qeyd edib ki, səslənəcək şeirlər topluda yer alan fotoların izahı deyil, zamanı dondurmaq cəhdi olan bu fotoların başqa simalarıdır.
Geniş ekranda sərgilənən fotoları ardınca səslənən şeirlərin “prototipi” kimi də qiymətləndirmək olar. Tədbir Azərbaycanda sənətin təqdimatı yönündə olan kəsərsizliyə qarşı atılmış ilk addım kimi diqqət çəkir. Yetərincə böyük layihələrin belə bəzən səs sala bilməməsi, effektinin gözləniləndən qat-qat aşağı olması təqdimatın və layihənin kreativlik baxımından axsaması, bugünki oxucu, tamaşaçı toplumuna nüfuz rıçaqlarının zəif olmasından irəli gəlir.
21 noyabrda Gənc Tamaşaçılar Teatrında baş tutan “Vizual poeziya” seansı və bu seansına maraqla qatılan insanları həm ümumi, həm də fərdi olaraq analiz etdikdə tədbirin bütün kriteriyalarda effektiv alındığı bəlli olur. /a24.az/
|