Herman Hesse əsərinə niyə “Yalquzaq" adı vermişdi?
21.11.16

Latergiya termini xəstəlik kimi "Encaphilitis Lethargica" diaqnozundan götürülübdür. Mənası baş beynin infeksiyası nəticəsində yaranan halsızlıq və hərəkətsizlik deməkdir. Ona el arasında kiçik ölüm deyirlər. Letargiya yuxusu insan bədəninin hərəkətsiz, süst vəziyyətdə olması, qıcıqlara cavab verməməsi, dəqiq müayinə zamanı belə üzə çıxmayan, bilinməyən həyat funksiyalarının tam itməsi ilə müşahidə olunan bir halıdır. Bu halda insanın dərisi solğunlaşır, bədəni soyuyur, sifət cizgiləri kəskinləşir, göz bəbəkləri işığa belə reaksiya verə bilmir və huşunu itirib naməlum müddətə yuxuya gedir. Bu yuxu qısa və uzun müddətli olur, bəzən illərlə davam edir, hətta iyirmi il belə sürür...
 
Toplum olaraq buna oxşar xəstəliyi biz yataqda yox, ayaqüstə keçiririk: əslində, ölümlə olum arasında yaşayırıq. Elmə məlum olmayan bu durum xəstəliyin ən ağır formasıdır: adam nə ölü kimi ölüdür, nə də diri kimi diridi, sadəcə hər şeyə laqeyd və biganədir. 
 
Yeni-azad insan...
 
Oysa, insanın cəmiyyətdən, təbiətdən, hətta öz xislətindən və mahiyyətindən ayrı düşüb ətrafında baş verən bu və ya digər olaylara bunca laqeyd qalmasına, biganələşməsinə səbəb nədir?!  
 
Bu sual zamanından və məkanından asılı olmayaraq həmişə aktual olub.                                                                                    
XX əsri hər nə qədər “Elmi-texniki inqilab”, “sürət və kosmos” əsri adlandırsalar da, unutmaq lazım deyil ki, məhz bu dövrdə bəşəriyyət özünün ən dəhşətli faciələrini-iki dünya müharibəsini, ayrı-ayrı xalqların soyqırımını, hətta kütləvi qırğın silahlarının insanların üzərində sınaqdan keçirilməsi kimi ağır olaylar yaşadı. Nə yazıq ki, insanlar maddi cəhətdən zənginləşib yüksəldikcə, ruhi-mənəvi cəhətdən yoxsullaşıb alçalırlar.
 
Məhz, bu illərdə Avropada mənəvi böhran o həddə gəlib çıxmışdı ki, cəmiyyətdə və onun ətrafında baş verən gerçəkliklərin yenidən dəyərləndirilməsi tələb olunurdu. Ədəbi-fəlsəfi elita böhrandan çıxmaq üçün yeni humanist dəyərlərlə çıxış etməyə başladı... Qüvvələr nisbəti fərqli idi: Bir tərəfdə dünyanı yenidən bölüşdürmək istəyən və tarixin ən böyük qətliamlarını törədən ideologiyalar və onun daşıyıcıları dayanırdı, digər tərəfdə isə yeni humanist dəyərlərlə çıxış edən, böyük və nəhəng yazarlar.
 
Ceyms Coysun, Frans Kafkanın, Uilyam Folknerin, Tomas Mannın, Tomas Vulfun, Alber Kamyunun, Semuel Bekketin, Jan Pol Sartrın, Nattali Sarrotun və Virciniya Vulfun yaradıcılığı o zaman sanki bir təcrübə laboratoriyasıydı. Əsas hədəf isə “yeni-azad insan” formalaşdırıb mənəvi böhrandan çıxmaq idi... Ona görə də onların üzərində işlədikləri əsas xammal hansısa ideologiyalar deyildi, məhz insanın özü və onun psixologiyası idi. Sanki insanlığı və sivilizasiyanı yaratdıqları obrazların dəhşətli əzablarından keçirərək xilas etmək istəyirdilər.
 
Amma Hernes Hesse həmkarlarından fərqli olaraq insanın psixologiyasını deyil, onun ilkin təbiətini və bütövlükdə isə mahiyyətini dəyişmək istəyirdi. Çünki onun yaratdıqları bütövlükdə yarıheyvan və yarıinsan idı. Hessenin yaradıcılıq “laboratoriyasında” yaranan insan əvvəlcə içindəki heyvanı öldürür, sonra öz mənini dirildir və yeni, azad insanı yaradırdı...
 
Bu mənada “Yalquzaq” romanı bütün zamanlar və məkanlar üçün əvəz olunmaz bir nümunədir. Çünki bu əsər yazıçının özünün də dediyi kimi insanı ölümə deyil, yaşamaq uğrunda mübarizəyə səsləyir: “Əlbəttə, mənim bu hekayətimi necə başa düşməyi əvvəlcədən oxucunun boynuna qoya bilmərəm və heç istəmirəm də. Qoy kim necə istəyir, elə də başa düşsün, nə lazımdırsa, onu da götürsün. Ancaq kaş onların çoxu görəydi ki, Yalquzağın hekayəsi xəstəlikdən, böhrandan danışsa da, insanı ölümə, fəlakətə deyil, sağlamlığa, dirçəlişə doğru səsləyir. Mənə görə insan bu həyatda ləyaqətli bir ömür yaşamaq üçün mütləq seçim etməlidir: ya haqsızlıqla barışıb kütlə qanunlarına uyğun ömür sürməli, ya ona qarşı mübarizə aparmalı, ya da tamamilə bir kənara çəkilib tərki dünya olmalıdır.”
 
Hər insanın içində bir canavar gizlənib..
 
Canavarlar təbiətdə yeganə canlı varlıqlardır ki, erkək dişiyə, yaxud da əksinə, dişi erkəyə, xəyanət etmir. Onlardan biri öldükdə digəri dəstədən ayrılır, ömrünün sonuna qədər tənha yaşayır və yalquzağa çevrilir. 
 
Hessenin bu adı seçməsi təsadüfi deyil, uzun müddət Hindistanda хristianlığın yayılması ilə məşğul olan atası ona iki canavar haqqında bir hind pritçası danışmışdı və bu onun yaddaşında iz qoymuşdu. Deməli, dünya görmüş nurani bir hindli öz nəvəsinə həyat həqiqətlərini belə anladır:
 
- Hər bir insanın içində sanki iki canavar gizlənib və onların arasında daima ölüm-dirim mübarizəsi gedir. Bu canavarlardan biri şəri-zülmü təmsil edir, digəri isə xeyri-haqqı təmsil edir.                                                                                    
Uşaq bir qədər düşünüb soruşur:                                                                                                      
 
- Bəs, axırda hansı canavar qalib gəlir?                                                                                                  
- O, baxır insana...hansını yemləsə o, da qalib gəlir.                                                                                       
Əslində, ”Yalquzaq” adı qəhrəmanın-Harrinin xarakterindəki döyüşkənliyi ifadə etməklə bərabər, həm də onu üzvi şəkildə təbiətlə bağlayan bir “vəhşilikdir”. “Vəhşilik”-insanın üzvi şəkildə təbiətlə bağlılığı, alman ədəbiyyatında həmişə aparıcı tendensiya olub. Hətta Yohan Volfqanq, Volfqanq Amadey Motsart kimi dahilərin adında (volf – almanca canavar deməkdir.) “canavar” sözü işlənmişdir. Sən demə, Harrinin pərəstiş etdiyi bu dahilərin də daxilində bir yırtıcı canavar gizlənib daim ölüm-dirim mübarizəsi aparırmış. Və onların xarakterindəki insani keyfiyyətləri şərtləndirən humanizm ona görə güclü və yenilməzdir ki, onlar bu şəxsi keyfiyyətləri məhz daxillərində gedən amansız mübarizədə qazanıb təsdiq ediblər.
 
Dünya “Yalquzaq” dan keçib təmizlənməlidir, yoxsa...
 
Əslində, “Yalquzaq”lıq yadlaşan bir insanın daxili ziddiyyətlərinin təzahürü və bu zidiyyətlərin fonunda onun bir fərd kimi tədricən inkişaf edib təşəkkül tapmasının bariz bir göstəricisidir: ziddiyyətlər içərisində boğulub əldən düşən insan uzun sürən daxili mübarizədən sonra xaraktercə yeni məna və məzmun alaraq, sonda qalib gəlir və bütün dəyərlərin yeganə ölçüsünə çevrilir.
 
Bəli, yaşadığımız məmləkətin “Yalquzaq”a, çox böyük ehtiyacı var...nəinki, bizim, hətta bütün dünyanın belə “Yalquzaq”dan keçib təmizlənməyə əşhədü-ehtiyacı var. 
 
Çünki “Yalquzaq” romanı həm ideya-məzmun, həm də estetik baxımından çoxqatlı, çoxlaylı, çoxşaxəli olub müxtəlif fəlsəfi konsepsiyaları, düşüncə tərzlərini özündə ehtiva edir. Bu qatlardan biri də insanın özünü dərk etməsidir. Daha doğrusu, real həyatdan təcrid olunub yadlaşan insan, bir tərəfdən özündə “insanlıq”, digər tərəfdən isə “canavarlıq” xisləti hiss edir. Və daxili ziddiyyətlərdən çıxış yolunu ancaq intihar etməkdə görən insan, nəhayət öz daxilindəki bu mürəkkəbliyi dərk edərək “ölməzliyə” gedən yolu tapır. Deməli, özünüdərk son anda xilasa gətirib çıxarır. 
 
Əsərin kompozisiyası sonata janrı üzərində qurulduğuna görə, əsəri oxuduqca sanki adamı bir sirli musiqi müşayiət edir... Və sanki insan ruhu nura boyanır... İnsan “mən”i yerin tərkindən sanki göyə yüksəlir... Zülmət qaranlıqdan işıqlı dünyaya çıxan insana gerçəkliyi arzu edildiyi kimi deyil, olduğu kimi qəbul etməyi öyrədir. 
 
P.S.: İki dünya savaşı arasında qalan yorğun və üzgün insanlar çıxış yolu axtardığı bir zamanda “Yalquzaq” mükafata təqdim olundu: əsərin müəllifi Herman Hеssе 1946-cı ildə “ yaradıcılığında humanist dəyərlərin geniş yer almasına və fərqli üslubuna görə” Nobеl mükafatı aldı.
 
İbrahim İbrahimli

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.