Saday Budaqlı: “Bulqakov mistik qüvvələrin nümayəndəsi olub” - MÜSAHİBƏ
08.11.16

Tatnınmış yazıçı Saday Budaqlının "Master və Marqarita" romanının tərcüməsi haqqında müsahibəsini təqdim edirik.
 
-Saday müəllim, öncə romanın tərcümə tarixçəsindən danışaq. Necə oldu ki,  Mixail Bulqakovun “Master və Marqarita” romanını tərcümə etmək qərarına gəldiniz?
 
-1980-ci illərin axırlarında mərhum tərcüməçimiz Natiq Səfərovla birgə “Yazıçı” nəşriyyatında çalışırdım. O, həm də Azərbaycan Dövlət Radiosu ilə də əməkdaşlıq edirdi. Bir gün “Master və Marqarita”nın  pyes formasına salınmış variantını gətirdi ki, onu radio üçün tərcümə edim. Özünün vaxtı olmadığı üçün bu işi mənim görməyimi istədi. Mən də bir həftə müddətinə pyesi tərcümə etdim. İndi də radionun “Qızıl fondu”nda qorunur. Sonra öz yaradıcılığımda bir müddət fasilə yarandı. Sözdən uzaq düşməmək üçün tərcümə ilə məşğul olmaq qərarına gəldim. Fikirləşdim, elə bir əsəri tərcümə edim ki, yaşasın, ədəbiyyatımızda qalsın. Beləcə, “Master və Marqarita”nın tərcüməsinə başladım. Heç bir yerdən sifariş almamışdım, sadəcə, tələsmədən özüm üçün  romanı dilimizə çevirirdim.
 
Roman çox mürəkkəbdir,  tərcümə prosesində xeyli  çətinliklər meydana çıxırdı. Amma mən bilmədiyimi soruşmaqdan utanan adam deyiləm. Odur ki, bir çətinlik olan kimi soruşurdum, öyrənirdim, dəqiqləşdirəndən sonra tərcümə olunan varianta əlavə edirdim.
 
“Master və Marqarita”nı  tərcümə etdiyimi bilənlər var idi.  “Şərq-Qərb” nəşriyyatı o zaman latın əlifbası ilə 50 cildlik dünya ədəbiyyatı nümunələri çap edirdi. İlk dəfə onlardan təklif gəldi.
 
- Tərcümə prosesində romandakı hansı detallar sizə daha çox çətinlik yaratdı?
 
-“Master və Marqarita “roman içində roman” prinsipi ilə yazılıb, üç romandan ibarətdi. Biri, Masterin yazdığı Ponti Pilat dövrünə aid roman, ikincisi, Masterlə Marqaritanın sevgi romanı, üçüncüsü isə 1930-cu illərin Moskvası haqqında roman. Onların da hərəsi özünəməxsus yanaşma tələb edirdi. İşin bu tərəfi çətinlik yaradırdı. Əsas mürəkkəblik  bunda idi. Hər romanın  özünəməxsus üslubu tərcüməçidən əlavə bacarıq tələb edirdi.  Bəlkə də, bu səbəbdən romanın tərcüməsi 2-3 il çəkdi.
 
-Bulqakovun özü kimi şah əsərinin də faciəvi taleyi olub...

 
-Bulqakov romanı bir neçə dəfə yazıb. Elə olub, yazdıqlarını yandırıb da. Doqquz ilə yazılsa da, bu onun bütün ömrünün kitabıdır. Romanın əvvəlcə bir fəsli çap olunub. Bulqakov da ondan sonra təzyiqlərə məruz qalıb. Tamaşaları səhnədən yığışdırılıb. “Master və Marqarita”ya görə çox əziyyət çəkib. Ömrünün son illərində ümumiyyətlə yazmaq iqtidarında olmayıb. Özü deyib, arvadı yazıb. Əsərə yenidən yanaşmaq, onu redaktə etmək gücündə olmayıb.
 
-Məşhur yazıçılardan biri deyib ki, “Master və Marqarita”ya  yalnız roman desək,  onu kiçiltmiş olarıq. O nədirsə, tamam başqa dünyadır. Saday müəllim, fikrinizcə, “Master və  Marqarita” mahiyyət etibarilə nədir: yalnız roman, yoxsa, fərqli dünya?
 
-Öz quruluşuna, mahiyyətinə görə “Master və Marqarita” nəhəng əsərdir. “Fərqli dünyanı” sənə doğmalaşdıran, öz ağrı-acısını sənə də yaşadan, səninki edən əsərdir. Hərdən adama suallar verirlər ki, başqa planetə getsəniz, özünüzlə hansı kitabı aparardınız? “Master və Marqarita” belə kitablardandır.
 
-Bulqakovun fiziki və ruhi ağrıları onun İblisə münasibətinə nə dərəcədə təsir göstərib? Onda Allaha etiqad var, amma ömrünün sonunda yaşadığı ağrıların nəticəsində sanki İblisdən imdad diləyir...
 
-Bildiyimə görə, Bulqakov ateist olub. Bilirsiz,  burda bir məsələ var. Niyə Bulqakov İblisi müsbət qəhrəman kimi təqdim edir? Şərq mədəniyyətində bu yoxdur. Bu Avropa mədəniyyətindən gəlir: heç nəyə birmənalı yanaşmamaq, hər şeyi yaxşılığı, pisliyi ilə bir yerdə qəbul etmək. Hötenin “Faust”unda da belədir. Bu, sadəcə, ədəbi gedişdir. Bulqakov kimi bir şəxsiyyətin İblisdən imdad diləməsi absurddur.
 
 
-Bulqakov “Master və Marqarita”nı öz taleyinin, həyat ağrılarının əsəri kimi ustalıqla qələmə alıb. Onun Moskvası Ponti Pilat dövrünün Romasına nə qədər yaxındır?

 
-Bulqakov romanda Ponti Pilat dövrünün Roması ilə öz zamanının  Moskvası arasında müəyyən paralellər aparır. Hər iki dövrdə bir-biri ilə kəsişən detallar var. Dövrünün sosial faciələrini, Xeyirlə Şərin mübarizəsini çatdırmaq üçün bunu bir vasitə kimi götürür. Son nəticədə isə yaşadığı mühitin ağrılarını vermək istəyir. Əslində iki fərqli dövr arasında mahiyyət dəyişmir. Geyimlər, binaların görkəmi dəyişsə də, insan öz yaxşılığı, pisliyi ilə yenə həmin insandır. Heç bir inqilab onu dəyişdirməyə qadir deyil.
 
-Romandan sonra “Bulqakov Moskvası” anlayışı yarandı. Tərcümə zamanı zülmət içində olan “Bulqakov Moskvası”nın təmizlənmə, mənəvi cəhətdən xilasına inanırdınız?
 
-Bulqakovun Moskvası təbii ki, xilas ola bilməzdi. Onun belə bir fikri də yox idi. Əksinə, heç nəyin dəyişmədiyini, insanın dəyişə bilməyəcəyini göstərir. Volandın Varyete teatrındakı magiya seansı məhz buna xidmət edir.  Volandın missiyası isə gerçəklikləri bütün çılpaqlığı ilə göstərib, pisləri cəzalandırmaq, əzabkeşlərə -Masterə, Marqaritaya əbədi rahatlıq bəxş etmək olur. Bulqakov İnqilabı cəmiyyəti və insanı xoşbəxtliyə aparmaq ideyasına kinayə ilə yanaşır. Elə bu inqilablar Rusiyanın özünü əsrlərlə geri atdı...
 
-Roman müəmmalarla dolu olsa da, kifayət qədər gerçək əsərdir. Sosial gerçəklik burada çılpaqlığı ilə əks olunub...
 
- Öz zamanında bu cür gerçəkliyi mistik fonda  yazmaq böyük ustalıq tələb edirdi. Bulqakov bir şəxsiyyət kimi də çox mistik insan idi. Bəlkə də, mistik qüvvələrin Yer üzündəki nümayəndəsi olub.
 
-Sosial gerçəkliyə, bu qədər dərin mistik duman altından baxmağa sizcə, nə dərəcədə ehtiyac var idi?

 
- O, hələ bu cür yanaşa-yanaşa nə qədər əziyyətlər çəkdi. Yazıçı təxəyyülüdür,  Bulqakov da gerçəkliyi bu cür vermək istəyib. Həm də Bulqakovun  özü mistik şəxsiyyət idi. Sizə qəribə bir şey deyim: onun yaradıcılığına müraciət edəndə çap haqqında düşünməmişdim. Sadəcə, özüm üçün tərcümə edirdim. Amma tərcüməyə başlayan zaman  ard-arda sifarişlər aldım. Roman bir neçə dəfə çap olundu. Bu tərcümənin mənə maddi və  mənəvi köməyi çox oldu. Bulqakova yanaşmanın özündə də qəribə mistika var.
 
-Belə anladıq ki, bu mistika tərcümə prosesində sizinlə baş-başa olub. Sizi çox heyrətləndirib...
 
- Hər bir gözəl əsər insanı yaxşı mənada heyrətləndirir. Hansısa böyük yazıçının əsəri, yaxud öz dostunun yazdıqları da səni heyrətləndirə bilər. Onu da deyim ki, romana yenidən qayıtmaq, əl gəzdirib şərhləri ilə bir yerdə çap etmək fikrim var. Həmin şərhlər Bulqakovun otuzuncu illər Moskvasına, xristianlıqla bağlı mətnlərə necə yanaşdığını aydın göstərir.
 
-Saday müəllim, sonda bir suala cavab almaq istərdik: Sizin üçün  “Master və Marqarita” kimi mürəkkəb və çoxqatlı  romanın əsas mahiyyətinin nədən ibarətdir?
 

-İndi məsələ dönən bir ifadə var: “Əlyazmalar yanmır”. Hamı öz ömrünü yaşayır və  bacardıqca onu mənalı eləməyə  çalışır. Ancaq günlərin bir günü ruhdan düşür, nələrsə ürəyini bulandırır və necəsə hər şeyə nöqtə qoyur:ya indiyə qədər elədiklərinin üstündən xətt çəkir, ya öz həyatına son qoyur. Ancaq sən öz həyatını doğru-düzgün yaşamağa, onu mənalı etməyə çalışmısansa, səndən sonra heç nə itmir, səndən sonra bu göy qübbəsi altında nəsə qalır. Ona görə, yaşadığın ömrə peşman olmaq lazım deyil: “Əlyazmalar yanmır”. Roman bax bu barədədir.
 
/Elmin Nuri, Aydın yol"/

Yenililklər
11.12.24
İzzəddin Həsənoğlu və Mirzə Ələkbər Sabirin Türkiyədə nəşr olunmuş kitablarının təqdimatı olub
05.11.24
Azərbaycanlı alim Özbəkistanın Milli televiziya  kanalının məşhur “Shirchoy” verilişinin qonağı olub
29.10.24
Kinonun işğala dirənişi - İstanbulda müzakirə
19.10.24
Bədirxan Əhmədlinin “XX əsr Azərbaycan ədəbiyyatı tarixi” 3 cildlik kitabı çap olunub
15.10.24
Cəfər Cabbarlı Mükafatı təqdim olunub
15.10.24
Füzulinin həyat və yaradıcılığının tədrisinə dair yeni kitab nəşr olunub
11.10.24
Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlanıb
10.10.24
XV Bakı Beynəlxalq Film Festivalının bağlanış mərasimi keçirildi
09.10.24
Mikayıl Azaflının “Haqq aşığı yaranıbdı qəm çəkə” kitabı işıq üzü görüb
09.10.24
Asif Rüstəmlinin “Cəmo bəy Cəbrayılbəyli: həyatı və bədii yaradıcılığı” kitabı işıq üzü görüb
09.10.24
Anar Məcidzadə - Nə yaltaqlıq elə, nə quyruq bula...
03.10.24
Azərbaycan dastanlarınıın folklor semantikası
27.09.24
“Əta Tərzibaşı Kərkükün milli tədqiqatçısı” adlı kitabın təqdimatı olub
27.09.24
Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” kitabı işıq üzü görüb
27.09.24
“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub
27.09.24
Vaqif Yusiflinin “Məmməd Araz dünyası” kitabı işıq üzü görüb
27.09.24
Azad Qaradərəli - Kədərli yazların doğurduğu sevinc
09.09.24
Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
09.09.24
“Əbdürrəhim bəy Haqverdiyev. Nəşr edilməmiş əlyazmaları”  kitabı nəşr edilib
09.09.24
Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
08.09.24
Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
07.09.24
Şərqşünaslıq İnstitutunda “Əhməd Nədimin poetikası” kitabı çapdan çıxıb
27.08.24
Azad Qaradərəli - Alman şərqşünasın hekayələrim haqqında yazdıqları
09.08.24
Milli kino günündə “Tənha insanın monoloqu”
08.08.24
Turan Film Festivalı Laçın şəhərində keçiriləcək
02.08.24
Federiko Qarsia Lorka -  Bu çılpaq bədən at nalları dəyməyən...
12.07.24
Yelisaveta Baqryana - Ah, belə gecələr əzabdır dostum!
11.07.24
Azad Qaradərəlinin əsərlərinin beşinci cildi cap olunub
08.07.24
“Narqız” qısametrajlı animasiya filminin istehsalı davam edir
05.07.24
"Dünya ədəbiyyatı" jurnalının Çeçenistan sayı işıq üzü görüb
03.07.24
“Ulduz” jurnalı oxucuların görüşünə yeni təqdimatda gəlib
02.07.24
Frans Kafka - Hökm
25.06.24
Mədəniyyət Nazirliyi senzura ittihamlarına aydınlıq gətirib
25.06.24
Azərbaycan Kinematoqrafçılar İttifaqı Şirvanda kino günlərinə başlayır
22.06.24
Şahid ifadəsi - Zərdüşt Əlizadə yazır...
13.06.24
“Divanü lüğat-it-türk”ün II və III cildləri nəşr olunub
13.06.24
“Ulduz” jurnalının may nömrəsi çap olunub
13.06.24
Azərbaycanda aparıcı teatrların siyahısı təsdiqlənib, işçilərin maaşları artırılıb
05.06.24
Özbəkistanlı şairlərin şeirləri Azərbaycan dilinə tərcümə edilərək nəşr olunub
05.06.24

Qulu Ağsəs haqqında yeni kitab çap edilib

©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.