Orxan Pamuk Tolstoy mükafatı aldı
03.11.16
Orxan Pamuk “Yasnaya Polyana” mükafatına layiq görülüb. Xəbərə görə, mükafat “Xarici ədəbiyyat” kateqoriyasında yazıçının “Kafamda bir tuhaflık” romanına görə verilib. “Yasnaya Polyana” mükafatının bu nominasiyası 2015-ci ildən verilir. Nominasiyada həm xarici müəlliflər, həm də ruscaya tərcümə olunmuş kitablar mükafatlandırılır. Xarici müəllif 1 milyon rubl, rusca tərcümə olunmuş kitab isə 200 min rubl əldə edir. Xatırladaq ki, Orxan Pamukun mükafat aldığı “Kafamda bir tuhaflık” romanı 2015-ci ildə çap olunub. /kulis.az/
|