Cavanşir Muradov - Darıxan ədəbiyyatımz
03.11.16
Avanqard.net gənc yazar Cavanşir Muradovun "Darıxan ədəbiyyatımız" adlı yeni yazısını təqdim edir.
Birdə yağışın göylərdən yerləri suvardığı günlərdə facebook-da eşq sözləri yazanları sevirəm. Gözəl... İsti yay günlərində ki pendir, çörək, qarpız şəkillərini, ömründə heç oxumayıb,kitabla tək əlaqəsi yerində durmayan oturacağı tarazlamaq olan yalnız sosial şəbəkələrdən oğurlayıb paylaşan insanlar var. Şirindilər...
Yaxud səhər-səhər şirin çayı acı günlərin sağlığına içən insanlar var. Adam kimi adamlar. Yeni bir düstur yaranır ədəbiyyatda.
Şairlər+yazarlar=darıxanlar “Allah haqqı darıxıram Qayıt gəl”-deyib darıxan biri var. SOS !!! Ədəbiyyat darıxır
Əsəd Qaraqaplan “Sonralar daha çox yalnız” qalanda. Şəhriyar Del Geranı “Darıxmağın adı”nı kəşf etdi. Fələk öz qırmancını Qan Turalıya vurmaq istərkən, Mirmehdi Ağaoğlunun səsi pıçıldadı qulaqlarda. "Bir gün səbr elə".
Səbr etdik.Etdik etdik.... Rafiq Tağı getdi Vaqif Səmədoğlu getdi. Dünən Əli Kərimin şeirlərini söyləyən radyolar indi arıqlamaqdan danışır. Nobelə həsrət qalsaqda səbr etməkdə bir nömrəyik ustad... Beləcə darıxdı ədəbiyyat. Hələdə darıxır darıxır.
Şeirlər darıxır hekayələr darıxır Nəmişliyin kifli qoxusu gəlir kəlimələrdən Sözlərdən... Cümlələrdən.
|