Məmməd İsmayıl - Ağacdәlәn, döy qapımı, döy görüm
01.11.16
Bu gün tanınmış Azərbaycan şairi Məmməd İsmayılın doğrum günüdür. Şairin 77 yaşı tamam olur. Avanqard.net bu münasibətlə şairi təbrik edrək və onun “Ağacdәlәn, döy qapımı, döy görüm” şeirini təqdim edir.
Yol azmısan bu payızın çәnindә Ağacdәlәn, ağlın azıb sәnin dә, Dәn gәzirsәn saçlarımın dәnindә Atamoğlu, az qapımı döy görüm.
Bu cığırı bu qara kim bürüyüb? Burda kimin yanan qәlbi kiriyib? Hәyәtini qara yellәr kürüyüb Başımıza nәlәr gәlir qoy görüm.
Haçanacan gözlәmәyә gәlmisәn? Yoxsa mәnә söz demәyә gәlmisәn? Ya borcunu istәmәyә gәlmisәn?- Öz dilindә ünvanımı söy görüm.
Mәn dünyaya ata, ana borcuyam, Ünvanım var, bu ünvana borcluyam. Bir canım var, bircә cana borcluyam, Özgә nәyә, taraq-taraq say görüm.
Bulaq kimi batan bәxti açılmaz, Hәr iğidin atam, bәxti açılmaz... Hәlә yatır, yatan bәxtim açılmaz, Yatmışların yuxusuna qıy görüm.
Eldәn ayrı ömür olmaz, gün olmaz, Eli sevәn ürәklәrdә kin olmaz. Nәdәn Araz arzularım çin olmaz Haçanacan yuxularda çay görüm?
Avand işim nәhsә düşüb deyәsәn, Vaxt mәnimlә bәhsә düşüb deyәsәn. Qulaqlarım sәsә düşüb deyәsәn, Şimşәk çaxsın, guruldasın göy görüm.
Yavaş-yavaş çürümәdә taxda, bax. O taxtada ovxam olan vaxda bax. İnad olub nә döyürsәn baxda-baxt,- Açılmayan düyünlәri duy görüm.
Elә yanır döyüşlәrin yanğısı Nә tәsәlli söndürәcәk, nә dә su. Mәnim qapım Yer üzünün qapısı Ağacdәlәn, döy qapımı, döy görüm, Başımıza nәlәr gәlir goy görüm...
|