Bakıda rusiyalı rejissorun “Küləyin ani şiddəti” adlı filmi nümayiş olunacaq
27.10.16
Noyabrın 1-də “YARAT” Müasir İncəsənət Mərkəzində rusiyalı rejissor Yekaterina Teleqinanın ekranlaşdırdığı “Küləyin ani şiddəti” adlı qısametrajlı filmi təqdim olunacaq.
Verilən xəbərə görə, 2009-cu ildə çəkilən ekran əsərinin xronometrajı 23 dəqiqədir. “Yarat” Film Klubu tərəfindən təqdim ediləcək film rus dilində ingilis alt yazıları ilə nümayiş olunacaq.
Bir çox beynəlxalq festivalların mükafatlarına layiq görülən film 2010-cu ildə keçirilən “Müqəddəs Anna” film festivalında “Ən yaxşı film”, 2009-cu ildə keçirilən Moskva Beynəlxalq Kino Festivalında “Tələbələr üzrə Qran-pri” və Moskva Beynəlxalq Qısametrajlı Filmlər Festivalında “Ən yaxşı film” mükafatlarına layiq görülüb.
Rejissor və aktrisa kimi fəaliyyət göstərən Y.Teleqina “Küknarlar-3”, “Vidalaşma vərdişi” və “Valehedici gəzinti” kimi ekran əsərlərinin rejissorudur..../azertag.az/
|