Nizami Kino Mərkəzində türk filminin qala-gecəsi baş tutub
27.10.16
Oktyabrın 26-da Nizami Kino Mərkəzində Türkiyənin istehsalı olan “İkimizin yerinə” filminin qala-gecəsi baş tutub.
Verilən xəbərə görə, gecədə ekran işində baş rolu canlandıran Serenay Sarıkaya və Zerrin Tekindor iştirak edib.
Pərəstişkarların qoşqulu alqışları ilə qarşılanan artistlər tamaşaçılarla birlikdə filmi izləyiblər.
Rejissoru Umur Turagay, ssenari müəllifi Pınar Bulut olan filmdə baş rolları Nejat İşler və Serenay Sarıkaya canlandırıb. Ekran əsərində, həmçinin Zerrin Tekindor, İştar Gökseven, Merve Çağıran, Aslı Bekiroğlu ve Özgür Emre Yıldırım da çəkilib.../azertag.az/
|