Buker mükafatının qalibi məlum oldu
26.10.16
Londonda 2016-cı il Buker mükafatının qalibinin adı açıqlanıb. Bu Pol Bittidir. Bitti bu mükafatı “The Sellout” (“Sathasat”) adlı sosial romanına görə alıb. Kitab Los-Ancelesin şəhərətrafında quldarlığı bərpa etmək istəyən cavan afroamerikan haqqındadır. Münsiflər “Sathasat” romanını qısa siyahıda yer alan 6 əsər arasından seçiblər. Pol Bitti bu mükafatı alan ilk amerikandır. Qeyd edək ki, 1969-cu ildən təqdim olunan Buker mükafatı iki il əvvəl əsərini Böyük Britaniyada, ingilis dilində çap etmiş müxtəlif millətlərin nümayəndələri üçün də açıq elan edib. /kulis.az/
|