Umberto Eko - Nəsə bir şey
24.10.16

Avanqard.net Umberto Ekonun "Nəsə bir şey" hekayəsini təqdim edir.
 


– Hə, Professor? – deyə General səbirsizlik bildirən bir əl hərəkəti ilə soruşdu.
– Nə “hə”? – deyə Professor Ka cavab verdi, ancaq hiss olunurdu ki, vaxtı uzatmaq istəyir.
– Artıq beş ildir ki, burada, aşağıda çalışırsınız. Heç kim də  bu vaxta qədər narahat etməyib. Sizə etibarımız var. Ancaq, verdiyiniz vədlərə nə qədər inanmaq olar? İşi göstərmək lazımdır, işi, elə indi.
Generalın səsində təhdid duyulurdu, Ka əlini yorğun-yorğun yellədi, sonra gülümsəyib:
– Məni ən yaralı yerimdən vurdunuz, general – dedi. – Mən bir qədər də gözləmək istəyirdim, ancaq indi siz məni buna təhrik etdiniz...  Mən nəsə bir şey düzəltmişəm, – deyə professor az qala pıçıltı ilə söylədi. – Özü də, nəsə möhtəşəm bir şey... And olsun Günəşə, artıq vaxtı yetişib ki, bunu hamı bilsin!
O, əlinin işarəsi ilə Generalı mağaranın içərisinə dəvət etdi. Onu kahanın dərinliyinə, divardakı dar dəlikdən süzülən işıq zolağının düşdüyü yerə qədər  apardı. Və orada, hamar çıxıntının üzərində,  həmin o bir Şeyi ona göstərdi. Bu, badam formasında bir obyekt idi, uzunsov xörək qabına oxşayırdı, səthi iri almaz kimi çoxlu xırda daşlarla işlənmişdi, ancaq rəngi tutqun idi, dəmir kimi parlayırdı.
– Yaxşı, axı bu... – deyə General çaşqın halda dilləndi, –  Bu ki daşdır.
Professorun pırtlaşıq, qalın qaşlarının altındakı mavi gözlə-rində  bic bir qığılcım parladı.
– Bəli, – deyə o, təsdiq etdi, – daşdır, ancaq o biri daşlar kimi yerdə atılıb qalası deyil. O, əldə tutulası daşdır!
– Əldə tut...?
– Bəli, General, əldə tutulası... Bu daşda elə bir qüvvə var ki, indiyə qədər bəşəriyyətin heç yuxusuna da girməyib. Onda Enerjinin sirri, bir milyon insanın gücü var. Baxın...
O, barmaqlarını daşın üzərindəki qarmağın üstünə qoydu, ovucunu açıb, ta ki daşdan yapışana qədər, onun üzərində saxladı; nəhayət, əlini daşla birlikdə qaldırdı. Əli daşı qamarlamışdı, daşın geniş hissəsi ovucunun içində idi, iti ucu isə bayıra çıxırdı. Professor biləyini işlətdikcə o gah aşağı, gah yuxarı, gah da Generala tərəf uzanırdı. Professor qolunu qəfil hərəkət etdirdi, daşın ucu havada trayektoriya cızdı. Professor qolunu yuxarıdan aşağı necə endirdisə, daşın ucu çıxıntının kövrək suxuruna tuş gəldi. Möcüzə də elə bu vaxt baş verdi: daş suxura çırpılıb, onun içərisinə yeridi; çatladıb darmadağın etdi. Professorun qolu təkrar-təkrar qalxıb endikcə, daş suxuru titrədir, əvvəl çökük, sonra oyuq, nəhayət, parça-parça doğrayıb toza çevirərək, dərin bir çala əmələ gətirirdi.
General gözlərini bərəldib nəfəs çəkmədən baxırdı.
– İnanılası deyil, – deyə o, udqunaraq astadan pıçıldadı.
– Hələ bu nədir ki, – deyə Professor qalibanə bir görkəmlə söylədi, – bu heç nədir; ancaq etiraf edin ki, barmaqlarınızla belə bir şeyi heç vaxt edə bilməzdiniz. İndi isə baxın!
O, küncdəki böyük, cadar-cadar olmuş, “fəth olunmaz” bir hind qozunu götürüb Generala uzatdı.
– Hə, – deyə Professor söylədi,  – onu ikiəlli sıxın, əzin!
– Yetər, Ka, – deyə General titrək səslə söylədi. Özünüz gözəl bilirsiniz ki, bu, mümkün olan şey deyil və çətin ki, bizlərdən  kimsə buna qadir olsun... Olsa-olsa bir dinozavr belə bir şey edə bilər... Yalnız dinozavr da onun lətini yeyib, şirəsini içir...
– Yaxşı, elə isə, – Professorun səsində hədsiz həyəcan duyulurdu, – elə isə, baxın!
O, hind qozunu götürüb çıxıntının üzərinə, təzəcə qazılmış çalaya qoydu; daşın o biri, iti tərəfindən elə yapışdı ki, geniş tərəfi bayırda qaldı. Onun qolu, qıraqdan göründüyü kimi, zor işlətmədən cəld bir hərəkət yerinə yetirdi və daş hind qozuna çırpılıb onu parça-parça elədi. Duru maddə çıxıntının üzərinə yayıldı, çökəkdə isə qabığın sulu ləti ilə birlikdə, təzə və dadlı bəyaz parçaları qaldı. General qozun parçalarından birini qapıb, acgözlüklə ağzına apardı. O, daşa, Kaya, bir də nə vaxtsa hind qozu olmuş bu qabıq parçalarına baxdı; elə bil danışmaq iqtidarında deyildi.
– Ka, Günəşə and olsun, bu möcüzədir. Bu Şeylə insan öz qüvvəsini birə yüz artırıb, indi onun ücun heç dinozavr da qorxulu deyil... O, qayaların və ağacların sahibinə çevrilib, onun əlavə bir əli də yaranıb, ancaq mən nə danışıram... Yüz əl, bir qoşunun əli qədər əl! ... Siz onu haradan tapmısınız?
Ka özündənrazı halda gülümsədi:
– Mən onu tapmamışam. Mən onu düzəltmişəm.
– Düzəltmisiniz? Bu nə deməkdir?
– Bu o deməkdir ki, qabaqlar o, mövcud olmayıb.
– Ka, dəli olmusunuz, nədir, – deyə General əsə-əsə söylədi. – O yəqin ki, göydən düşüb, olsun ki, onu bura Günəşin elçisi, hava ruhlarından biri gətirib... Nə vaxtsa mövcud olmayan bir şeyi necə düzəltmək olar axı!?
– Olar, – deyə Ka sakitcə cavab verdi, – Bir daş götürmək olar, başqa bir daşla onu döyəcləmək olar, ta ki onu istədiyin formaya salana qədər. Onu elə bir formada düzəltmək olar ki, əldə tutmaq mümkün olsun. Onda həmin bu əlindəkinin köməkliyi ilə ondan da böyük, ondan da iti olan digərlərini düzəltmək mümkün olacaq. Və bunu da, General, mən etmişəm.
Generaldan tər su yerinə axırdı.
– Ka, bunu hamıya bəyan etmək lazımdır, bunu bütün Ordu bilməlidir, bizim kişilər basılmaz olacaqlar. Başa düşürsünüz? İndi biz ayı ilə də üz-üzə gələ bilərik: onun dırnaqları var, bizdə isə  sizin düzəltdiyiniz həmin bu Şey olacaq; ayı bizi parçalayana qədər özümüz onu didib yox edəcəyik; beynini dağıdacaq, məhv edəcəyik. Bununla ilanın da başını əzərik, tısbağanın da çanağını parça-parça edərik, öldürə bilərik... Ey Ulu Günəş! ... öldürə bilərik ... hansı insanı desən!  – Bu sonuncu ideyadan General özü də heyrətlənərək sözünü kəsdi. Sonra sərt bir baxışla yenə də danışmağa başladı:
– Ka, indi biz Koammmın Ordusına hücum edə bilərik, onlar bizdən daha ucaboy, daha güclüdürlər, ancaq bu gün artıq bizim hökmümüz altındadırlar; onları sonuncu əsgərlərinə qədər məhv etmək olar! Ka, Ka, – o, Professorun çiyinlərindən yapışdı. – Bu qələbədir!
Ka ciddi və ehtiyatlı idi;  söz deməyə tərəddüd edirdi:
– Mən elə buna görə də onu sizə göstərmək istəmirdim. Bilirəm ki, qorxunc bir kəşf etmişəm. Dünyanı dəyişdirəcək bir şey. Bunu bilirəm. Mən dəhşətli enerji mənbəyi icad etmişəm. Buna bənzər bir şeyi yer üzündə hələ heç kim görməyib. Ona görə də istəmirəm ki, başqaları bunu bilsinlər. General, belə olsa, müharibə intihara çevriləcək. Tezliklə KoammmınOrdusı da onu düzəltməyin yolunu öyrənə bilər, onda gələcək müharibədə nə udan, nə də uduzan olacaq. Mən bu Şeyidinc əmək və tərəqqi aləti kimi düşünmüşdüm, ancaq indi görürəm ki, o, ölüm gətirəcək ixtira ola bilər. Mən onu məhv etməliyəm!
General özündə deyildi:
– Ka, siz dəli omusunuz?! Buna  ixtiyarınız yoxdur! Bütün bunlar sizin axmaq alimlik həssaslığınızla bağlıdır. Beş ildir burada qapalı oturmusunuz, dünyadan xəbərsizsiniz! Bilmirsiniz ki, biz sivilizasiyanın bir addımlığındayıq və əgər KoammmınOrdusı qələbə çalsa, insanlar üçün nə sülh, nə azadlıq, nə də, sevinc qalacaq. İxtiranız olan belə bir Şeyə sahib olmaq bizim müqəddəs borcumuzdur! Ka, bu o demək deyil ki, biz ondan dərhal istifadə edəcəyik. Bizdə belə bir şeyin olduğunu bilsələr, kifayətdir. Düşmənlərimizin qarşısında təcrübə nümayişi keçirə-rik. Sonra ondan istifadəni tənzimləyərik, o bizdə olana qədər heç kim cürət edid üstümüzə hücum çəkməz. Hələlik isə ondan qəbirlər qazmaq, yeni mağaralar tikmək, meyvə qırmaq, torpağı hamarlamaq üçün istifadə edə bilərik. Ona malik olmaq kifayət-dir, istifadə etməyə ehtiyac yoxdur. Ka, o qorxunc bir şeydir; o hələ neçə illər koammmçıların qarşısını kəsəcək.
– Yox, yox, yox, – deyə çarəsiz Ka təkrar edirdi, – Onu əldə edən kimi bizi daha heç nə saxlaya bilməyəcək. Onu məhv etmək lazımdır!
– Ka, siz nəsə bir fayda gətirsəniz də, sarsaq adamsınız! – General əsəbindən ağappaq ağarmışdı. – Siz onların xeyirinəoynayırsınız, özü də bütün özünüzə bənzər intellektuallar kimi gizli koammmçısınız; eynən dünən axşam bütün insanların həmrəyliyindən dəm vuran o el nəğməkarı kimi... Siz Günəşə inanmırsınız?
Ka diksindi. Başını aşağı əydi, pırtlaşıq qalın qaşlarının altında gözləri daha da balaca, daha da qəmgin göründü.
– Elə bilirdim ki, axırı gəlib bu yerə çıxacağıq. Mən onlardan deyiləm, bunu gözəl bilirsiniz. Ancaq Günəş Qanunlar Məcəllə-sinin beşinci bəndinə əsasən məni ruhların qəzəbinə düçar edəcək sualı cavablandırmaqdan imtina edirəm. Nə istəsəyirsiniz, düşünə bilərsiniz. Ancaq  mənim ixtirambu mağaradan çıxmayacaq.
– Mənsə deyirəm ki, çıxacaq, özü də elə indicə, Ordunın şöhrəti naminə, sivilizasiyanın, xalqın rifahı və Sülh naminə, – deyə General bağırdı. O, sağ əli ilə daşı götürüb onu, bir qədər əvvəl Kanın özünün göstərdiyi kimi, var gücü ilə, qəzəblə və nifrətlə Professorun başına çırpdı. Kanın alın sümükləri zərbənin gücündən çilik-çilik oldu, ağzından sel kimi qan axmağa başladı. O, cınqırını belə çıxarmadan yerə sərilib ətrafındakı suxuru qıpqırmızı rəngə boyadı.
General dəhşət içərisində əlində tutduğu silaha baxırdı. Sonra gülümsədi; bu qalibanə bir gülüş idi – qəddar və amansız...
–    Bu bir! – deyə o, pıçıldadı.


İtalyan dilindən tərcümə
edən: Cəmşid Cəmşidov

Yenililklər
05.12.23
Dünya şöhrətli rumın şairəsi Ana Blandiana Bakıya gələcək
05.12.23
Kənan Hacının hekayəsi - Cin qapını bağlayır
05.12.23
Elçin Hüseynbəylinin hekayəsi - Dərs
05.12.23
Yevgeni Rezniçenko - Çağdaş rus poeziyası
30.11.23
Anar Məcidzadə - Canına dərd düşsün, ayrılıq salan
29.11.23
Həmin işıqlı günlər - Cavid Zeynallının yeni hekayəsi
29.11.23
Musiqili Teatr dekabr repertuarını təqdim edib
29.11.23
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
29.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna yeni prezident təyin olunub
28.11.23
Xuana İnes de la Krus - Günah keçisi kimi görürsünüz qadını
28.11.23
Mahir N. Qarayevdən iki şeir
23.11.23
Fəxri Uğurlu - Uzaqda təkbaşına dolaşan qəhrəmanlar
22.11.23
Kanadada “Yeddi gözəl” musiqi qrupunun konserti keçirilib
22.11.23
Fərid Hüseyn XIV İstanbul Beynəlxalq Ədəbiyyat və Şeir Festivalında iştirak edir
22.11.23
Bakıda Mədəniyyət və Yaradıcı Sənayelər Forumu keçiriləcək
22.11.23
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
22.11.23
Elnarə Qaragözova - Ali diqqət və rəğbətin dəyişməz ünvanı: Yusif Səmədoğlu
22.11.23
"Nobel mükafatına aparan yolun dərsləri: mif, reallıqlar, uğurlar və çağırışlar" beynəlxalq elmi konfrans keçirilib
22.11.23
Fərid Hüseynlə kürdəmirli oxucuların görüşü olub
06.11.23
"Mədəni diplomatiya vasitəsilə əlaqələr quraraq müxtəlif sivilizasiyaları bir araya gətirdik"
04.11.23
Astanada “Yıldız Sarayı Foto Kolleksiyasında XIX Əsr Türk Dünyasının Mədəni İrsi” adlı sərgi təşkil olunub
04.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və Türk Akademiyasının rəhbərliyi Qazaxıstanın Xarici İşlər naziri ilə görüşüb
01.11.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Bern şəhərində qədim türk yazılarına həsr olunmuş sərgi açıb
31.10.23
Türkiyə Respublikasının 100 illiyi İsveçrənin Bern şəhərində qeyd olunub
27.10.23
“Netflix” “The Crown” serialının son sezonunun ilk treylerini yayımlayıb
27.10.23
Özbəkistanda Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan mədəniyyəti və ədəbiyyatı Mərkəzi açılıb
27.10.23
Bədirxan Əhmədli - Akademik Kamal Talıbzadənin portret cizgiləri üzərinə
27.10.23
Türkiyədə XX əsr Cənubi Azərbaycanda ədəbi prosesin önündə gedən şəxsiyyətlərdən bəhs edən kitab çap olunub
27.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Haaqada yubiley tədbirləri keçirib
26.10.23
Varşavada “Polşa və Türk Dünyası” mövzusunda konfrans keçirilib
25.10.23
Elman Cıvıroğlu - İbranice ve Ortak Türk Dili
25.10.23
İstanbulda görkəmli xanəndə Məşədi Məhəmməd Fərzəliyev haqqında kitabın təqdimatı olub
25.10.23
“Ulduz” jurnalının 650-ci yubiley nömrəsi işıq üzü görüb
25.10.23
Yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Qazaxıstanın “Dostluq” ordeni ilə təltif olunub
25.10.23
Osip Mandelştamın yaradıcılığına həsr olunmuş poeziya gecəsi keçirilib
25.10.23
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
20.10.23
Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
19.10.23
Elman Cıvıroğlu - Xudu Məmmədov və Ziya Gökalp
19.10.23
Akademik Kamal Talıbzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
16.10.23
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Qazax-Türk Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.