Bakı Uşaq Teatrı XI Beynəlxalq Bilecik Teatr festivalında ölkəmizi təmsil edəcək
18.10.16
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı Türkiyənin Bilecik şəhər Bələdiyyə sədri Səlim Yağan tərəfindən 15-30 noyabrda keçiriləcək XI Beynəlxalq Bilecik Teatr festivalına dəvət alıb.
Festival rəhbəri Ercument Doğan, 2013-cü ildə “Türk Xalqlarının Teatrı” layihəsi çərçivəsində uğur qazanmış “Sıravi Dursun” tamaşasını festivalda oynanılan tamaşalar sırasında görmək istəyini bildirib.
S. M. Qənizadənin “Dursunəli Ballıbadı” pyesi əsasında İntiqam Soltanın səhnələşdirdiyi “Sıravi Dursun” dramı hərbi xidmətdən yayınmaq istəyən, min bir bəhanə ilə uzun müddət tibb məntəqəsində qalan Dursundan bəhs edir.
Dramın məqsədi gənclərin vətənpərvərlik ruhunda aşılanmasıdır.
Pyesin quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahimli, musiqi tərtibatçısı Rauf Hüseynlidir.
Rolları Cavanşir Məhərrəmov, İntiqam Soltan, Şahin Kazımov, Türkan Şahmarlı, Rauf Hüseynli, Rəfael Muradxanlı və başqa aktyorlar ifa edirlər. /Mədəniyət və Turizm Nazirliyi/
|