Bakıda “Visla” film festivalı keçiriləcək
13.10.16
Oktyabrın 13-də Bakıda Polşa səfirliyinin təşəbbüsü ilə “Visla” film festivalı başlayacaq. Səfirlikdən verilən məlumata görə, oktyabrın 19-dək davam edəcək festival çərçivəsində 6 polyak filmi nümayiş olunacaq. Azərbaycan tamaşaçıları ən yaxşı və yeni polyak filmlərini seyr edə biləcəklər. Belə ki, “Dəstəkləyirəm” Fondu ilə əməkdaşlıq çərçivəsində “Mənim qızlarım danadır”, “Qəddarlıq anatomiyası”, “Həyatın kralı”, “Kimya”, “Yad səma” və “Troya atının çəkisi” filmləri təqdim ediləcək. Nümayiş The Landmark Cinemada hər gün (17 oktyabr istisna olmaqla) saat 19.00 keçiriləcək. Giriş pulsuzdur. /kulis.az/
|