Noyabrın 7-8-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Multikulturalizm və teatr” mövzusunda IV Bakı Beynəlxalq Teatr Konfransına hazırlıq davam edir.
“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq iki ildən bir təşkil olunan beynəlxalq teatr forumuna bu dəfə də müxtəlif ölkələrin teatr xadimləri, sənətşünas və mütəxəssisləri tərəfindən böyük maraq var.
Təşkilat komitəsindən verilən məlumata görə, Bakıya 40 ölkədən 130-dək teatr xadiminin gələcəyi gözlənilir. Bu fakt özlüyündə Bakı teatr forumunun beynəlxalq nüfuzunun və əhəmiyyətinin artdığına sübutdur.
Konfransa Rusiyanın Xalq Artisti, “Sankt-Peterburq Opera” Dövlət Kamera Musiqisi Teatrının bədii rəhbəri Yuri Aleksandrov, Litvanın tanınmış aktrisası Violeta Podolskayte, türkiyəli tərcüməçi və aktyor Hakan Silahsızoğlu, Tatarıstan Respublikası Almetyevsk Tatar Dövlət Dram Teatrının direktoru Farida İsmagilova, Yunanıstanın Saloniki Universiteti
nin professoru Savvas Patsalidis və digər ölkələri təmsil edən tanınmış simalar qatılacaq ./azertag.az/