"Xəzər" dünya ədəbiyyatı jurnalının yeni sayı çapdan çıxıb
11.10.16
"Xəzər" dünya ədəbiyyatı jurnalının növbəti (3/2016) sayı nəşr olunub.
Jurnalın bu sayında:
* “Nobel kürsüsü” rubrikasında – Nadin Qordimerin Nobel nitqi və hekayələri;
* “Azərbaycan ədəbiyyatı” rubrikasında Elçinin “Baş” romanının davamı;
* “Hekayə” rubrikasında Şervud Andersonun hekayələri;
* “Poeziya” rubrikasında Nikolay Rubtsovun şeirləri;
* “Memuar” rubrikasında O.F.Yelışev və A.M.Sprintsin “Dahilərin yaradıcılığında şəxsiyyət və xəstəliklər” araşdırma yazısı;
* “Korifeylər” rubrikasında Lion Feyxtvangerin “Toledolu yəhudi qız” romanından parça;
* “Magik roman” rubrikasında Alvaro Kunkeronun “Musiqiçinin qeydləri” əsəri;
* “Tədqiqat” rubrikasında Nizami Cəfərovun “Lev Qumilyovun “passionarlığ”ı” məqaləsi;
* “Teatr” rubrikasında Valeri İvanov-Taqanskinin “Zəfər və ilğım” əsərinin davamı;
* “İtaliya nəsri” rubrikasında Alessandro Barikkonun “Budman sindromu” hekayəsi;
* “Səhnə” rubrikasında Semyuel Bekketin “Düyün” pyesi
və digər maraqlı yazılar yer alır.
|