Zahid Sarıtorpaq - Bəs o Qüvvə nədi?
15.09.16

Zahid Sarıtorpağın yzıçı Şərif Ağayarın “Gülüstan” romanı haqda yazdığı “Bəs o Qüvvə nədi?” məqaləsini təqdim edirik.

Yazıçı Şərif Ağayarın “Gülüstan” romanını ikinci dəfə oxuyası oldum. Bunu heç də əsərin üslubuna, dilinə, mövzusuna görə deyil, sadəcə, özümün bu maraqlı mətn haqda gəldiyim qənaətimə, fikirlərimə bir daha dəstək olmaq üçün etdim  və bir daha əmin oldum ki,  “Gülüstan”ın  bütün motivasiyası, estetikası, özündə ehtiva etdiyi şüurüstü, şüuraltı yükü günümüzün gerçəkliyindən qaynaqlanır. Düzdü, Hacı Süleyman düzünün timsalında əsər bizi həyatın girdablarına tuş gəlmiş insanların talelərində labirintlərə salıb içimizdə baş qaldıran ağrı-acıya qəhqəhə çəksə də, mətn sırf realist üslubda yazılmayıb. Əsərdə real surətlər arxetiplər kimi də verilmir. Əslində, diqqətcil oxucu üçün modern və ya posmodern təfəkkürlə meydana gəlmiş əsərdə realizm sanki alnından gülə dəymiş yağı düşmən ölüsünə oxşayır,  amma müəllif onun yanından qalib bir snayper kimi tüpürüb keçmir...
 
Əsərdəki Adəmin mifik, başlanğıc olmaqdan uzaq surəti əslində Hacı Süleyman düzündəki gerçəklərin sinəsində çarpaz bir dağa oxşayır. Çox şeylər bu surətin simasında kəsişir. Çölün metafizik aurası içində baş verənləri, qaçqın həyatının qələməgəlməz həqiqətlərini, deyək ki, təkcə Adəmin timsalında  çatdırmaqdan ötrü müəllif heç də ora-bura baş vurmağa, özündən Amerika açmağa cəhd göstərməyib, hər şeyi ustalıqla oxucunun ixtiyarına buraxıb. Zaman, Gerçəklik, Ümid... – bu müstəvidə haraya baş vursaq,  cəmi bircə qalib görərik: İnsan. Amma o, qalib olduğu qədər də məğlubdu, yenikdi, misgindi... Elə əsl məsələ də bundadı. Bəs Zamanla, Gerçəkliklə, Ümidlə – şərti sadaladığım bu üç dayaq nöqtələri ilə İnsanın yerini dəyişsək necə? Bu zaman qalib tapılacaqmı? Müəllif bunu da oxucunun ixtiyarına buraxır və qətiyyən prosesə müdaxilə etmir, onların arasında şahmat gedişinə yol vermir, yəni demək istəyir ki, özünüz baxın, Gülüstanın gerçəklikdən puç olmuş necə bir xülyaya çevrildiyini özünüz görün.
 
Təbii ki, mən araşdırmaçı deyiləm və öz düşüncələrimi yazıram. Belə götürəndə, əsərdə ümid bəsləyən bütün obrazlar kimi mən də Gülüstanın puç bir xülya olmamasını çox istərdim. Amma əfsus! Gerçəklik gerçəklikdi, Zaman zamandı, Ümid də Ümid... Və İnsanın üstündən xətt çəkən, onu  məhv edən bir Qüvvə də var ki, “Gülüstan”dakı Gülüstan sevgisi toz kimi, qovut kimi, Hacı Süleyman düzünün çiskinləri kimi sovrulub faniliyə qovuşsa belə, yazıçı qələmi ona təslim olmur... Bəs o Qüvvə nədir? Hə, bax bu, ayrı məsələdi. Kiməsə xoş gələr, ya gəlməz – deyə bilmərəm, amma Şərif Ağayar bunu ustalıqla göstərib. Oxuyana, oxuyub gözlərini yumana, yumub da o Qüvvəni görənə minnət. Mənə elə gəlir ki, əsil yazıçıyla o Qüvvə arasında döyüş heç vaxt bitməməlidi. Lap son nəfəsə qədər.
 
Amma  deyəsən, yazıçı bu romanında dil imkanlarına bir qədər xəsislik edib. Hər halda Şərif Ağayar dilin şəhdi-şəkərini, cilasını duyan, bilən bir yazıçıdı. Tələskənlik də var: əsərdəki istənilən təmkinli obraz bir qədər təngnəfəs kimi gəldi mənə.
 
Bir də onu deməliyəm ki, bu mətni Şəhər-Kənd prizmasından müzakirə müstəvisinə çıxarmaq, bu baxımdan müəllifə irad tutmaq yanlışdı. Yazıçının ömür yoluna, psixoloji yaşantılarına diqqət edilsə, buna ehtiyac olmaz.
 
Bir də ki, Şərif Ağayar nə qədər kəndli balası olsa da, bir o qədər də qaranquş xislətli yazıçıdı. Nəyə görə qaranquş? Çünki qaranquş heç vaxt yerə düşüb dənlənmir, həmişə ovunu göydə tutur...
 
21 avqust 2016

kulis.az






Yenililklər
17.01.22
İlhamə Dağlı - Tobıktıda günəş doğdu
17.01.22
Azad Qaradərəli: "AYB-dan uzaqda qalmaq, təbii çətinliklər yaradıb mənə"
15.01.22
Mübariz Örən Yaradıcılıq Fakültəsinə rəhbər təyin olunub
11.01.22
Gülnar Yunusova -  Fenomen Haruki Murakami 73 yaşında
11.01.22
Kənan Hacı - Vaxt pəncərəsi
11.01.22
Azad Qaradərəlinin hekayəsi Türkiyə saytında yayımlanıb
10.01.22
Nadir Əzhəri - “İsanın qadını” və qadın ifadəsinin keyfiyyəti
06.01.22
Kənan Hacının yeni kitabı çap olundu
30.12.21
Günel Natiq - Ayı dərisi 
29.12.21
“Qarabağ ilmələrdə” sənədli filminin təqdimat mərasimi olub
29.12.21
“Ulduz”dan oxuculara endirim
29.12.21
Hacı Zeynalabdin Tağıyevlə bağlı film çəkiləcək
28.12.21
Habil Yaşar - SMS
28.12.21
Eşqin Məmmədov - Bu il başqa arzum var, hədiyyə istəmirəm
27.12.21
Ramil Əhməd Türkiyədə qalib oldu
27.12.21
Yazıçı Varisin kitabı İranda nəşr edilib
27.12.21
Nemət Mətin - İsanın qadını və ya Səxavət Sahilin "Məhəbbət" obrazı
24.12.21
Azad Qaradərəlinin yeni kitabı çap olunub
23.12.21
İlin son "Ulduz"u nəşr olundu
23.12.21
Fərid Hüseynin İstanbulda imza günü oldu - Foto
23.12.21
Cavanşir Atəşi - Xalqının taleyinə günəştək doğulmusan!
20.12.21
“Leyli və Məcnun” dastan-tamaşası təqdim olundu
20.12.21
“Qobustan” sənət toplusunun qış nömrəsi işıq üzü görüb
20.12.21
“Salnaməfilm” studiyasında il ərzində bir sıra yeni sənədli filmlər çəkilib
20.12.21
“Uşaq Avroviziyası - 2021” müsabiqəsinin qalibi bəlli olub
20.12.21
Minsk şəhərində Nizami Gəncəvinin heykəli ucaldılıb
16.12.21
Küyülü Nəccari Səid - Atam
16.12.21
Üfüqdə hansı cərəyan görünür? - SORĞU
13.12.21
Səxavət Sahil - Əkrəm Əylisli, Axundov, Mirzə Cəlil, Sabir və Türk ədəbiyyatı
13.12.21
Mərahim Nəsib - Əllərim göy üzündə, dodağımda dualar
13.12.21
Bakıda 15-21 dekabrda Milli Kitab Sərgisi keçiriləcək
13.12.21
Azərbaycan Yazıçılar Birliyinə qəbul elanı
13.12.21
Koreya-Azərbyacan II Humanitar Forumunu keçirilib
13.12.21
Ləman L.R. - Susaq, sükutumuz danışsın
08.12.21
"Kitabi-Dədə Qorqud" italyan dilində
08.12.21
“Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz” kitabı çapdan çıxıb
08.12.21
Hüseyn Cavidin “Topal Teymur” pyesi rus dilində işıq üzü görüb
08.12.21
Tramp prezidentlik fəaliyyəti barədə kitab yazır
08.12.21
Azərbaycanın iki filmi beynəlxalq festivalda mükafat qazanıb
02.12.21
“Məhəmməd İqbal: Eşq və düşüncə şairi” kitabı nəşr olunub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.