Hədiyyə Şəfaqət - Bir daha məndən doğulmaq istərsənmi
28.06.16
***
...Alma çiçəklərinin fəsliydi, Axşamdı, Leysandan sonra göy üzü mas-maviydi- Mənə öləcəyimi dedilər.... Çiyinlərimi çəkdim... Amma Bir də xain gözlərim doldu, iki damla yaş Dodaqlarıma doğru süzüldü Üzümü pəncərəyə tutdum.... Dənizin sakit sularında ağ yelkənli qayıq üzürdü... "Amma, bilirsiniz, indi..." "Bəsdir, Nə ehtiyac var", əlimi yellədim, "Mən, onsuz da bilirdim"... Günəş Yan binanın son mərtəbəsini qucaqlamışdı şəfəqləriylə. Sonra göyərçinlər uçub gəldi hardansa, Dünyanın ən sehrli səsiylə qarşımda Ağ qanadlar... "Mən gedirəm"... "Suyunuzu için"... "Hər şey qaydasındadır"... Qırmaq lazımdır bütün əlaqələri, Dünyanın bütün həkimləriylə... ...Uzaqlarda, Pəncərəsindəki yağış damcılarının İzini silmək istəməyən bir adam var... Öz qorxularına şeir pıçıldayır, Deyir ki, bitməyib...
***
..Bir dəstə çobanyastığı aldı adam Küçə çiçəkçisindən... Qoxladı, Heyrətləndi "Qəribədir, Bunlardan uzaq çöllərin ətri gəlir" Gülümsədi çiçəkçi- "Onları bağçamdan topladım"... "Baxçanda günəş doğur?", "Əlbəttə!"... "Gecə yağış da yağıbmış"... "Hə"... Adam barmaqlarının ucunu Ləçəklərdə qalan su damcılarına toxundurdu - "Gözəldir"... ...Üzünü dənizə tutdu adam Qağayılar sakit, Səma tər-təmizdi. Titrək əlləriylə Çobanyastığı çiçəklərini bir-bir ayırdı dəstəsindən Sulara atdı - "Qadınım!"- söylədi astaca, "Sənə çöl gətirdim"...
***
...Əsgər, Silahını aşağı endir... O ölüm istəyən, o qan istəyən Gözünün içinə baxmaq çətindi Nə sərhədd pozanam, Nə düzən pozan Nə soyuq silahım, odlu silahım, nə topum, nə mərmim... Var mənim... Olanım tək budur-çırpınan qəlbim... Bilirəm, Sinəmə tuşlanan tüfəng Açıla da bilər, açılmaya da Yalvarış, göz yaşı, israr, etiraz Heç biri Bir işə yaramır indi... Amma duyursanmı,çəkildiyin bu tablonun tək adı - Müharibədir... Və mən istəmirəm sən öldürəsən Bu çox alçaqcadır, Alçaqca pisdir... Yığılar bir yerə bəbəklərimdə Ön və arxa cəbhə, Dəhşətli hissdir Görərəm tökülər kətanın üstə Qarışar savaşın bütün rəngləri... Ölüm göndərilər geriyə-evə Səslənər gah orda, gah burda azan Və dua Və lənət Kilsə zəngləri... ...Uşaqlar Küçədə oynayıb durar... Beş addım o yanda yanar hələ də Dağılmış bir evin xarabazarı, Vurulmuş əsgərin meyiti üstə Bir qadın ağlayar Qadın ki, qadın!... Çiçəklər... Açılar hasar dibində Güllə səslərinə Bir də Günəşə... Balaca bir qızın arıq əlləri Yapışıb durmağa bir əl axtarar İçindən kədərli dağıntıların... Rəssam Davam edər, Onun fırçası Dünyanın ən kəskin rəngini-qanı Bahalı tabloya çevirməkdədir... Sümüklər-əla növ çərçivələrdir... ...Əsgər Silahını aşağı endir... Çıx get bu torpaqdan, Hardasa, Orda, Elində səni bir qadın gözləyir...
***
...Sən bir də doğulmaq istərsənmi, Şəms? İstərsənmi? İstərsənmi... İstərsənmi Gecələr Daş divarlı qaranlıq hücrələrin Soyuq döşəməsində uyumaq Gündüzlər Dar dəhlizlərində dolaşmaq məbədin... Eşq! Və gözləmək... Sonra sən Son baharda, Açılarkən Sarı çöllərdə ümid çiçəkləri, Uzuuuun bir yolçuluq Başlarkən... Bir daha məndən doğulmaq istərsənmi, Şəms, İstərsənmi?.. Ruhun Kəpənək qanadları kimi zərif Ayaq səslərin Torpağın ovcunda daşınırmış kimi Yumşaq... Özün Külək-külək şeirlər kimi azad Olacaqsan... ...Bətnim məbəd kimidir Şəms, Məbəd kimidir... Gəl!...
|