Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi yeni
layihənin icrasına başlayıb
16.06.16
Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə İsmayıllı, Oğuz, Qəbələ və Şəki rayonlarında "Şimal-qərb regionunda erkən evlilik və onun fəsadlarının araşdırılması" adlı layihənin icrasına başlamışdır. Layihə 21.05.2016-cı il tarixdən etibarən həyata keçirilməyə başlayıb və 5 ay müddətində davam edəcəkdir.
Layihənin əsas məqsədi erkən və qeyri-rəsmi nigahların mənfi nəticələri barədə regionda araşdırma apararaq əhalinin, xüsusilə də gənclərin maarifləndiriməsi, bu yolla cəmiyyətin gələcək sağlam inkişafına tövhə vermək, riskləri azaltmaqdır.
Layihənin icrası zamanı hər bir rayonda 30 nəfərdən ibarət qruplara bir günlük təlimlər keçirilərək maarifləndirilmə işləri aparılacaqdır. Bundan başqa təşkilatçılar tərəfindən hazırlanaraq təlim iştirakçılarına paylanılacaq papaq, köynək, buklet və digər paylama materialları layihənin daha geniş kütləyə yayılmasına və daha effektli təsir göstərməsinə imkan yaradacaqdır.
|