Elşad can Şamil - Zəhərlənə bilərsən…
09.06.16
Sənə olan hisslərimin istifadə müddəti Dünəndən bitmişdir artıq. Ehtiyyatlı ol bunnan sonra adımı çəkəndə zəhərlənə bilərsən
Mən özüm də o deyiləm daha, Öpüşüm buz, bədənim aysberq. Isinmək üçün qoynuma girmə Soyuqluğumu görüb Kədərlənə bilərsən
Mən yıxıldımsa qalxmağım zaman alar Çətin olur sonradan özümə gəlməyim Bu anda düşünmə gözümə girməyi?... Mənə bağışlanmaq üçün qayıtma bacarmaram qəhərlənə bilərsən...
sən çox gözəl insansan nə olsun ki biz yola getmirdik adımı səninlə bir tutanlar adımı üzərindən götürüb mənə ləkə, səni tərifli sözə gətirərlər qız gözə gətirərlər Nəzərlənə bilərsən...
Məni neyirsən axı mən baxımsız qəsəbə Mənimlə ayağın çox daşa dəyər Yolarım toz torpaq, palçıqlı olar Çevrəndə ha çox meqapolis var Çalış qaçırma istifadə elə şəhərlənə bilərsən
Həyatdı, həyatdan hər bir şey gözlə möhkəm ol mənsiz vaxtlarında da çoxusu çox söz atar, ürəyini sıxar hətta gözləmədiyin məqamda qabağına ağ atlı şəhzadə çıxar diqqətli ol atını dəyişər Yəhərlənə bilərsən...
Sənə olan hisslərimin istifadə müddəti Dünəndən bitmişdir artıq. Ehtiyyatlı ol bunnan sonra adımı çəkəndə zəhərlənə bilərsən...
|