Qalib Şəfahət - Mən yaşamıram
02.06.16
Mən yaşamıram
Mən yaşamıram ki, sadəcə, hər gün, yaşamağın yanında işə gedib gəlirəm. Hamı elə bilir ki, mən orda dincəlirəm. Məni orda görən olub, elə bilirlər, mən də orda yaşayıram. Yaşamağın yanında gözümü ovxalayır, alnımı qaşıyıram. Yaşamağın yanından keçib getmək, gedib gəlmək, hələ yaşamaq deyil ki,.. Sürünməkdi, sürünmək. Yaşamağa doğru, sürünmək. Dərdi çox böyükdü, gözə başqa cür görünmək.
***
Sevgilim, qəlbimi qırma. Soyuğa, borana tab gətirə bilməzsən. Hələ neçə qarlı, çovgunlu qış var, qarşıda...
***
Məndən sən gedən yolda maşurut işləmir, gedib gələn də yoxdu, o yolda. Gələcəyəm piyada. Bir az səbr elə, Darıxma. Yolum çox uzaqdı. Həm də Yolumda nə çox daş -kəsək, sıldırım qaya. Çıxmağa çalışıram. Təngiyə-təngiyə, tələsə-tələsə. Tək, tənha, piyada. Nəfəs almağa da heç vaxtım yoxdu. Sənin də insafın hardadı? eşqimi qaldırıb qoymusan uca dağın lap zirvəsinə.
***
O qədər Gözlərimdə əyilim düzəlmisən ki… Gözlərim çaş qalıb. Əyri görür hər şeyi.
|